1997-ci il oktyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 6-cı ildönümü münasibətilə Mərkəzi Zabitlər Evində təntənəli yığıncaq keçirilib. Mərasimi Müdafiə nazirinin müavini, sosial-siyasi idarənin rəisi polkovnik M.Səlimov açmışdır. Sonra o, Azərbaycan Respublikasının Prezidenti , Silahlı Qüvvələrin Ali Baş Komandanı H.Əliyev cənablarının şəxsi heyətə ünvanlanmış təbrikini oxumaq üçün sözü Prezidentin İcra Aparatının başçısı R.Mehdiyev cənablarına vermişdir. Azərbaycan Respublikası Müdafiə naziri general-leytenant S.Əbiyev Silahlı Qüvvələrin 6-cı ildönümünə həsr edilmiş geniş məruzə ilə çıxış etmişdir.
Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin Azərbaycan Respublikası Prezidenti H.Əliyev cənablarına ünvanlanmış raportu oxunmuşdur.
Tədbir böyük bayram konserti ilə başa çatmışdır.