Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Yanvar 2018 12:37

"Azərbaycan Ordusu" qəzeti - №4 (2220)

Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə hər an hazırıq!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qürurla dediyi "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır" kəlamı bir azərbaycanlı gənci kimi məni də həmişə qürurlandırıb.

Biz də əmin idik ki, Azərbaycan güclü dövlətdir. İndi əsgərik. Hərbi xidmətin ilk aylarından bir daha əmin olduq ki, həqiqətən, Azərbaycanın güclü ordusu vardır. Hər birimiz bu ordunun əsgəri olmağımızla fəxr edirik...davamı

 

 

“Bayrağımız işğaldan azad edəcəyimiz torpaqlarımızda da dalğalanacaq!”
Ali Baş Komandan İlham ƏLİYEV:

Bu gün Azərbaycan Ordusu öz üstünlüyünü göstərir. Bizdə olan vətənpərvərlik ruhu, döyüş qabiliyyəti, texniki imkanlar, əlbəttə ki, üstünlüyümüzü şərtləndirir. Azərbaycan Ordusunun arsenalında mövcud olan texnika, silah-sursat Dağlıq Qarabağda və Ermənistanda istənilən hədəfi yüksək dəqiqliklə məhv edə bilər...davamı

 



Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edildi. Bu, 100 ilin tarixinə, Azərbaycanın dövlətçilik tarixinə böyük ehtiramdır. Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Demokratik Respublikası xalqımızın dövlətçilik tarixində özünəməxsus dəyərlər miras qoydu...davamı

 



Narkomaniya bəşəriyyət üçün bəladır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər Dövlət Proqramı"na əsasən, yanvarın 10-da Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tədbir keçirilib. Tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib...davamı

 



Azərbaycan Ordusunun şəxsi heyəti ilə ictimai-siyasi hazırlıq sistemində keçirilən dərs
Mövzu: Azərbaycan Respublikasında dövlətin gənclərə qayğı və diqqəti. 2 Fevral - gənclər günüdür...davamı

 



20 Yanvar - qəhrəmanlıq tariximiz
Ümummilli lider Heydər ƏLİYEV:

XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir... 1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazdılar...davamı

 



20 Yanvar şagirdlərin dili ilə...
Zaman ötür. İllər əsrlərə, əsrlər minilliklərə - tarixə çevrilir. Zaman axımında baş verən tarixi hadisələrin bəziləri müəyyən dövrdən sonra yaddan çıxır, unudulur, amma elə hadisələr də var ki, xalqın, millətin yaddaşında əbədiləşir...davamı

 



Ən ülvi duyğudur Vətən sevgisi...
"Vətən" və "vətənpərvərlik" kimi müqəddəs anlayışların mənasını kursantlara aşılamaq biz müəllimlərin öhdəsinə düşür. Kursantlara Vətəni sevmək, Vətənə bağlılıq, vətənpərvərlik və milli qürur hissinin aşılanmasına səy göstərirəm. Vətən məhəbbəti, Vətəni sevmək ən ülvi hissdir...davamı

 



Əsgərlər asudə vaxtda...
Bu gün dünyanın aparıcı dövlətlərinin orduları ilə rəqabət aparmaq imkanı olan, milli təhlükəsizliyimizi, əmin-amanlığımızı təmin edən, sərhədlərimizi qoruyan Azərbaycan Ordusunda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli dövlətimizin siyasi kursunda başlıca prioritet kimi diqqətdə saxlanılmasına baxmayaraq ordu quruculuğu prosesi uğurla davam etdirilir, müasir silah-sursat alınır, əsgər və zabitlərimizin döyüş qabiliyyətinin artırılmasına fikir verilir...davamı

 

 

 

"Azərbaycan Ordusu" qəzetinin tam variantı