Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Noyabr 2017 12:00

"Azərbaycan Ordusu" qəzeti - №83 (2200)

Siyasi iradə və iqtisadi gücün təntənəsi

Məlum olduğu kimi, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirildi və bu, ölkəmizin tarixində  mühüm siyasi-iqtisadi əhəmiyyətə malik hadisələrdən biri oldu.  Tərəfdaş olduğumuz beynəlxalq iqtisadi layihənin gerçəkləşməsi ilk olaraq onu sübut etdi ki, neft ölkəsi olmasına baxmayaraq, Azərbaycan digər sahələrin də inkişaf etdirilməsində maraqlıdır və heç bir maneədən çəkinməyərək belə tədbirlərdə cəsarətlə iştirak edir...davamı



Təcrübəli rabitəçi

Bu gün həyatımızı rabitəsiz təsəvvür etmək mümkün deyil. Çünki günü-gündən müasirləşən dünyamızda hər sahədə rabitə aparıcı rol oynayır. Elə ordu həyatında da üstünlük təşkil edən rabitə sistemi daim müasirləşir və daha da təkmilləşir. Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki təminatına güclü, müasir rabitə sistemləri daxildir...davamı



“Qələbəmizi təmin edəcəyik”

Hər bir uğuru ilə qürur duyduğumuz Azərbaycan Ordusu özünəməxsus inkişaf yolu ilə dünyanın qabaqcıl orduları sırasında öz yerini tutur. Ordumuzun son illərdə inanılmaz dərəcədə dəyişdiyini, eyni zamanda onilliklərə bərabər inkişafa nail olduğunu hazırda hər kəs etiraf edir. Həmin inkişafın nəticəsidir ki, ordumuz tarixi aprel zəfərini xalqımıza bəxş edib. Artıq ordumuzun tərəqqisi qaçılmaz, dönməz proses kimi qəbul edilib...davamı



Bayrağımız müstəqilliyimizin rəmzidir

Hər bir xalqın ən müqəddəs neməti olan müstəqilliyinin real mahiyyəti və məzmunu dövlət rəmzlərində əksini tapır. Hələ minilliklər bundan əvvəl dünyada təşəkkül tapmağa başlayan ilk dövlətlər öz xalqlarının ibtidai dünyagörüşü əsasında dövlət rəmzlərini  formalaşdırmağa çalışıblar. Bəşər övladı ən ağır müharibələrdən, çətin mücadilələrdən sonra ucaltdığı bayrağa həm də qalibiyyət simvolu kimi yanaşıb...davamı



İnama sevgi

"N" hərbi hissəsində çavuş Eldar Talıbovun nümunəvi xidməti haqqında eşitdiyim xoş sözlər onu daha da yaxından tanımağa, tanıtmağa sövq etdi. Söhbətləşərkən öyrəndim ki, 2008-ci ildən xidmətdədir. Sülhməramlı taborda xidmət edir. Bir neçə dəfə Əfqanıstanda olub. "Öncə türk taborunun tərkibində Doğan Qışlası adlanan ərazidə xidmət edirdik...davamı



Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti ilə ictimai-siyasi hazırlıq sistemində keçirilən dərs

(İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)
Mövzu: Hərbi xidmət əleyhinə olan cinayətlər. Hərbi qulluqçuların hüquqi  məsuliyyəti...davamı
 


Xüsusi təyinatlılar qalib gəldilər

2017-ci ilin döyüş hazırlığı planına əsasən, Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında cüdo birinciliyi keçirilib...davamı



Fiziki cəhətdən hazırlıqlı bölmə hər sınağa hazırdır


"İdman sağlamlığın, cəsurluğun mənbəyidir" - fikri idmanla məşğul olan hər bir gəncin həyatının devizidir. Hər gün yüksək əhval-ruhiyyədə olmaq, sağlam həyat yaşamaq istəyənlər idmanla müntəzəm məşğul olmalıdırlar...davamı



Milli Qəhrəmanın xatirəsinə voleybol turniri keçirilir

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanı Mətləb Quliyevin xatirəsinə həsr olunmuş kurslar arasında ənənəvi voleybol turnirinin açılış mərasimi keçirildi...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı