Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Yanvar 2026 15:10

"Azərbaycan Ordusu" qəzeti № 7 (3009)

Azərbaycan Ordusu - suverenliyimizin, ərazi bütövlüyümüzün və təhlükəsizliyimizin keşiyində

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uzaqgörən, məqsədyönlü, milli maraqlara əsaslanan daxili və xarici siyasət nəticəsində ölkəmiz regionda sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan aparıcı dövlətlərdən birinə çevrilib...davamı



İqlim şəraiti hərbi əməliyyatların nəticəsinə həlledici təsir edir

Dünya hərb tarixi yalnız strategiyalar və silahlar üzərində qurulmayıb; bu tarix, eyni zamanda, orduların təbiətin amansız qüvvələrinə qarşı apardığı çətin mübarizənin salnaməsidir. Tarixin müxtəlif mərhələlərində məhz iqlim amili, xüsusilə qış fəsli, ən güclü hesab edilən orduların belə taleyini dəyişib, müharibələrin nəticəsini öncədən müəyyənləşdirib...davamı



Güclü ordu qələbənin və sülhün təminatçısıdır

"Ordum varsa, yurdum var" - bu deyim zamanın bütün sınaqlarında öz təsdiqini tapıb. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində ordumuz yeni yaranmaqda idi. Azərbaycanın ərazi bütövlüyünə qarşı erməni təcavüzü günbəgün genişlənirdi. Ermənistanın məqsədi və niyyəti Azərbaycanın torpaqları sayəsində öz ərazilərini genişləndirmək idi...davamı



Nümunəvi hərbçi, peşəkar idmançı

İdman zalının foyesində üç nəfər hərbi qulluqçunun səmimi söhbəti diqqətimi çəkdi. Onlar nə ucadan danışırdılar, nə də artıq hərəkətlərə yol verirdilər. Hərbçilərin səmimi söhbəti kənardan adama xoş görünürdü. Daşqaldırma yarışının başlanmasına hələ vaxt var idi...davamı



Vətən yolunda yarımçıq qalan ömür

Vətənə xidmət sözlə deyil, əməl ilə ölçülür. Torpaq təhlükə altına düşəndə, xalq ölüm-dirim qarşısında qalanda susmaq yox, ayağa qalxmaq mənəvi borca çevrilir. Tarix göstərir ki, Vətənin taleyinə biganə qalmayan insanlar adlarını zamanın yaddaşına qızıl hərflərlə yazdırırlar...davamı



Şəhidlərin xatirəsinə həsr olunan anım tədbirləri keçirildi

Şəhid baş leytenant Nihat Quluzadənin xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması uğrunda 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror əməliyyatı zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Quluzadə Nihat Qasım oğlunun doğum günü münasibətilə Ordubad rayonunun Unus kəndində məzarı ziyarət olunaraq, üzərinə tər güllər düzüldü...davamı



45 il Türkiyə Silahlı Qüvvələrində xidmət edən İstiqlaliyyət savaşçısı - Fərman bəy Alıyev 

Fərman bəy Alıyev (Firudin bəy Daryal) 1901-ci ildə Zəngəzur qəzasının Hacısamlı nahiyyəsinin (Laçın rayonu) Təzəkənd kəndində anadan olub. Kiçik yaşlarından cəsarəti və qoçaqlığı ilə həmyaşıdlarından fərqlənib. At minməyə böyük həvəsi olub, atın üstündə müxtəlif akrobatik hərəkətlər etməyi bacarıb...davamı



Azərbaycan hərbçisinin şəxsi şücaəti onun mənəvi-psixoloji vəziyyətinin məhsuludur

Klassik müharibələr daxil olmaqla, müasir hərbi əməliyyatlarda və hibrid savaşlar adlandırdığımız müasir döyüşlərdə insan faktorunun həlledici amil olması birmənalı şəkildə qəbul edilib. İnsan faktoru deyərkən məqsədimiz burada döyüşçü sayının çoxluğu deyil, onun döyüşə hazır olma dərəcəsini diqqətə çatdırmaqdır...davamı



Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: Xocalı soyqırımı - yaddaşlardan silinməyən əsrin faciəsi...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı