Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Avqust 2022 14:55

"Azərbaycan Ordusu" qəzeti № 65 (2676)

Böyük Qayıdış tezliklə təmin ediləcək

İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi. Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə quruculuq işləri başladı...davamı



“Vətənə sevgimizi döyüş meydanında göstərdik”

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qeyd etdiyi kimi, rəşadətli və şanlı Azərbaycan Ordusunun tarixi zəfəri gənclərimizin bitib-tükənməyən vətənpərvərliyini, müasir dövrdə Vətənimizə, dövlətimizə və xalqımıza layiq olan gözəl, dəyərli bir nəslin formalaşdığını bütün dünyaya nümayiş etdirdi...davamı



İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələri işğaldan azad olunmuş ərazilərdə səfərdə oldular

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələri işğaldan azad edilmiş ərazilərə səfər etdilər. Onlar ilk olaraq Ağdam şəhərinin mərkəzinin, Cümə məscidinin, Şəhidlər xiyabanının və Şahbulaq qalasının işğaldan sonrakı vəziyyəti ilə tanış oldular...davamı



Vətən sizlərə oğul dedi...

Hələ xalqımız sovet imperiyasının əsarətində olduğu illərdə ermənilər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağa ərazi iddiası ilə çıxış etdilər. Zaman keçdikcə Ermənistanla sərhəddə vəziyyət gərginləşirdi. Vətənə, dövlətçilik ənənələrinə tarixən sadiq qalan xalqımız qarşılaşdığı ağır vəziyyətə mərdliklə sinə gərirdi. Xalqımızın igid oğul və qızları qanları və canları bahasına da olsa, torpaqlarımızı müdafiə edirdilər...davamı



Döyüşdə şəxsi heyətin ruh yüksəkliyi əsas amildir

Azərbaycan Ordusunda şəxsi heyətin peşəkarlığının artırılmasında ideoloji işin təşkili və mənəvi-psixoloji hazırlıq mühüm rol oynayır. İkinci Qarabağ müharibəsində əsgər və zabitlərimizin vətənpərvərliyi, ruh yüksəkliyi düşmən üzərində Böyük Qələbəmizi təmin etdi...davamı



Xislətindən əl çəkməyən düşmənə qarşı daha ciddi tədbirlər görüləcək!

Həmvətənlərimizə qarşı apardıqları etnik təmizləmə və Vətənimizin dilbər guşələrini özününküləşdirmək istəyi ilə "Böyük Ermənistan" yaratmaq xülyası ermənilərin ən məkrli siyasətidir. Tarix boyu Qafqaz xalqları ilə uzaqdan-yaxından əlaqəsi olmayan ermənilərin hər zaman hegemon dövlətlərin vassalı olaraq yaşaması heç kəsə sirr deyil. Bu millət saxta tarix formalaşdırmaq üçün hər cür riyakarlığa əl atıb və atmaqdadır...davamı



Sağlamlıq həyatda müvəffəqiyyətin birinci şərtidir

Orduda xidmət edənlərin sağlamlığını daim diqqət mərkəzində saxlamaq üçün hərbi hissələrdə müasir tələblərə cavab verən qurğu və avadanlıqlarla təchiz olunmuş tibb məntəqələri fəaliyyət göstərir...davamı



Fəxr edirəm ki, atam hərbçi olub

Xatırlama - kövrəklikdi, qürurdu. Atamı həmişə kövrək qürurla, qürurlu kövrəkliklə xatırlayıram...
Vətənə, dövlətə, dövlətçiliyə, insanlara, insanlığa həssas sevgisini ifadə etmə məsuliyyətinə görə onun haqqında danışmağa çətinlik çəkmişəm...davamı

 

 

"Azərbaycan Ordusu" qəzetinin tam variantı