Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Avqust 2023 14:06

"Azərbaycan Ordusu" qəzeti № 63 (2775)

“Vətənimizin keşiyində qürurla dayanacağıq”

Həyatda elə anlar olur ki, yaddaşımızda silinməz izlər buraxır. Həmin anları isə gülümsəyərək, sevinclə, qürurla xatırlayırıq. Xidmət dövründə də belə anlar çox olur. Və hər kəsin yaddaşına qızıl hərflərlə yazılır...davamı



İstehkamçılarımız döyüş hazırlıqlarını daim artırırlar

Vətənimizin müdafiəsində dayanan oğulların sırasında istehkamçıların xüsusi yeri var. 44 günlük Vətən müharibəsi zamanı döyüş əməliyyatlarının uğurla keçirilməsində istehkamçılarımızın fədakarlıq və igidlik nümunələri hər kəsə məlumdur...davamı



Təcrübəli zabit, peşəkar döyüşçü

Baş leytenant Rəşad Aslanov Gəncə şəhərində dünyaya göz açıb. Torpaqlarımızın azadlığı uğrunda olacaq döyüşlərdə iştirak edənlərin arasında olmaq istəyi onu ordu sıralarına gətirib. 26 saylı orta məktəbi bitirərək, Gəncə Dövlət Universitetinə qəbul olub...davamı



“Ailə övladı elə tərbiyə etməlidir ki, o, Vətənə, orduya, şəhidlərimizə məhəbbət, düşmənə isə nifrət ruhunda böyüsün”

Müzəffər ordumuzun əks-hücum əməliyyatının başlanmasından artıq üç il keçir. O tarixi günlərdən neçə illər keçsə də, yaşananlar unudulmur. Həmin günlərin ağrı-acısı, qələbə sevincləri, müqəddəs amal uğrunda qəhrəmancasına həlak olan igidlərimiz, şəhid valideynlərinin "Vətən sağ olsun" kəlmələri ilə məğrurlaşması, dövlət, xalq, ordunun yumruq olması, igidlik və şücaətləri ilə tarix yazan qəhrəmanlarımız, 44 günə sığan Böyük Qələbəmiz...davamı



Yaddaşdan silinməz Zəfər nəğməsi

Azərbaycan Respublikasında 2023-ci ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar Naxçıvanda 2023-cü ilin 12-18 avqust tarixlərində Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə "Heydər Əliyev-100 Diaspor Gənclərinin IV Yay Düşərgəsi" təşkil edildi...davamı



Əsgərlərlə görüş unudulmaz anlar yaşatdı

Əsgərlərin valideynləri ilə görüşdüyü səhnəni çoxumuz görmüşük. Bu görüş həsrətin bitdiyi, ayrılığın sona yetdiyi, sevincin, təbəssümün üzə qonduğu andır.  Uzun zaman bir-birini görməyən ata-ana əsgər övladını bağrına basır. Bu anda çöhrələrdən sevinc göz yaşları süzülür, həsrət dolu gözlər gülür, ürəklər həyəcanla döyünür...davamı



Ucalığın bayrağısan, Azərbaycan əsgəri!..

Dağlarda elə gözəl duyğular yaşanılır ki! Dağların duruşunu kürəyini dağlara söykəmiş əsgər bilirsən. Sənə elə gəlir ki, dağın dağa söykənməsində də min illərin yaşam fəlsəfəsi var: Dağın əzəməti də, qüdrəti də, heyrəti də nəfəsini arzuladıqlarının doğmalığındadı, bu doğmalığın ruhundadı. Ucalıqlarda bayrağımızın dalğalanması da bu doğmalığın qüdrətidi...davamı



“Vətən torpağının keşikçisiyəm”

Salam anacan. Necəsən? Bu məktubu sənə şanlı ordumuzun qələbə çalaraq düşmən işğalından azad etdiyi dilbər guşələrimizin birindən yazıram. Qürurlanıram ki, şəhid və qazi qardaşlarımın canlarını belə düşünmədən azad edib bizə əmanət qoyduqları Vətən torpağının keşikçisiyəm...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı