Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Sentyabr 2020 11:00

"Azərbaycan Ordusu" qəzeti № 61 (2479)

Əsgərlərin döyüş əzmi, qələbə ruhu yüksəkdir

Sabah tezdən gedəcəyimiz istiqamətləri, yurdumuzun keşiyində dayanan əsgərlərlə görüşəcəyimiz bölmələri zabit Rəşad Gülməmmədov hələ axşamdan müəyyənləşdirmişdi. Həmin istiqamətlərdə ötən il olduğumdan ərazini və yolları yaxşı tanıyırdım. Bu yollar, bu dağlar, bu dərələr mənə çox əziz və doğmadır. İnsan ona doğma olan hər şeyi ləngimədən, tez bir zamanda görmək istəyir. Bu istək ürəyimi telləndirdikcə sabahın həmişəki vaxtından tez açılmasını istəyirdim...davamı



“Düşmənin istənilən hədəfini məhv etməyə qadirik”

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsinin artilleriya divizionunda döyüş hazırlığının yüksək səviyyədə olduğunun şahidi olduq. Təlim meydanında canlanma hiss olunurdu. Geniş ərazidə təlim keçib döyüş hazırlığını artıran topçularımız   müəyyən olunmuş müxtəlif döyüş tapşırıqlarını məşq edir, təcrübə və səriştələrini artırırdılar...davamı



Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılova həsr olunmuş “Cəbhədən cəbhəyə” adlı anım tədbiri keçirildi

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin birgə təşkilatçılığı ilə İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət Hərəkatının iştirakçısı əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun 100 illik yubileyinə həsr olunmuş "Cəbhədən cəbhəyə" adlı anım tədbiri keçirildi...davamı



“Qış mövsümünə hazırlıq işləri yüksək səviyyədə davam etdirilir”

Müasir Azərbaycanda nizami ordu quruculuğu istiqamətində ardıcıl və sistemli islahatlar ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu dövrdən başlayaraq Ümummilli Liderin rəhbərliyi altında orduda komplektləşdirilmə, nizam-intizamın və döyüş ruhunun yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində inamlı addımlar atıldı...davamı



Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: Müstəqillik tariximiz. Azərbaycan Respublikası dövlətlərarası münasibətlər sistemində.

Suallar:

1. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət.

2. Azərbaycanın öz müstəqilliyini elan etməsi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət quruculuğu.

3. Azərbaycan Respublikası dövlətlərarası münasibətlər sistemində...davamı



“Qəhrəmanların döyüş yolu bizlər üçün örnəkdir”

"N" hərbi hissəsinin düşmənlə üzbəüz mövqedə yerləşən bölməsinin dayaq məntəqəsində Azərbaycanın Milli Qəhrəmanı şəhid İsgəndər Aznaurovun şərəfinə salınmış xatirə guşəsi diqqətimizi cəlb etdi. Zabit Sərxan Bayramov şəxsi heyəti bu guşənin ətrafına yığaraq "Topçu İsgəndər"in həyat yolu ilə bağlı hərbi qulluqçuları məlumatlandırırdı...davamı



Qələbə ovqatlıdı bu payızın gəlişi

Payız gəlir...

Qızmar yaydan sonra payızın ləngərli gəlişi ovqatımıza ovqat qatır. Payız həm həyatımıza, həm də təbiətə bənzərsizlik gətirir. Mənə elə gəlir ki, payızın rəngləri başqa fəsillərdən daha gözəl, daha füsunkardır...davamı



“Hər əsgərin öz maraq dünyası var”

Müasir dövrdə Azərbaycan Ordusunda əsgərlərin sağlam həyat tərzi və asudə vaxtlarının səmərəli təşkili təlim-tərbiyə sisteminin prioritet istiqamətlərindən biridir. Gün ərzində şəxsi heyətin özünü inkişaf etdirmək və istirahət etmək üçün nəzərdə tutulan bu saatlara zabit və gizirlər tərəfindən xüsusi diqqət ayrılır. Tədris ili boyunca dərs oxuyan, bütün təlim və məşqlərdən keçən əsgərlər  hər zaman istirahətə ehtiyac duyurlar...davamı



Bu qələbəyə bəşəri qələbə deyəcəyik!

Ürəyin keçilməz, fəth edilməyən, insan ruhu dəyməyən, gözlə təmasda olmayan səngərləri var. İllərdir işğal olunmuş torpaqlarımıza görə qəlbimiz yaralıdır, zaman-zaman Vətəni müdafiə etmək naminə qurulan səngərlər sanki ürəyimizdə qərar tutub...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı