Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyun 2018 11:30

"Azərbaycan Ordusu" qəzeti - №43 (2259)

Ali Baş Komandan İlham ƏLİYEV: Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir

Hər bir xalqı dünyada tanıdan, məşhurlaşdıran, aparıcı söz sahibinə çevirən amillərdən biri də onun ordusudur. Tarixən hər bir millət ordusuna güvənib, onu milli qürur və fəxarət ünvanı sayıb. Qüdrətli ordusu olan dövlət nəinki maraq və mənafeyini layiqincə qoruya bilib, eyni zamanda, dünya siyasətinə əsaslı təsir imkanları əldə edib...davamı

 

 

Dövlətimizin və müstəqilliyimizin xilaskarı

Azadlıq və müstəqillik həm hər bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Xalqımız azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözlədi, mübarizə apardı, bu yolda minlərlə şəhid verdi. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir...davamı

 

 

Kinostudiya ordumuzun salnaməsini yaradır

1993-cü il iyunun 2-də Azərbaycan Ordusunun inkişaf istiqamətlərini, hərbi həyatın özəlliklərini, müharibə həqiqətlərini bütün konkretliyi ilə əks etdirmək, faktları və hadisələri sənədləşdirmək, qoruyub saxlamaq məqsədilə Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Kinostudiyasının əsası qoyuldu...davamı

 

 

Orta məktəbdə “Bayrağa sədaqət andı”

Azərbaycan Respublikasının bayrağı dövlətimizin suverenliyinin, xalqımızın azadlığının simvoludur, həmçinin Vətənimizin gücünü və qüdrətini nümayiş etdirir. Əzəməti ilə daima yüksəklikdə dalğalanan üçrəngli bayrağımız onun uğrunda canından keçən oğul və qızlarımızın qanına boyanıb. Bu səbəbdən onu qoruyanların, sahib çıxanların başı üzərində daim dalğalanan dövlət atributlarından ən qiymətlisi - məhz Bayraqdır...davamı

 

 

Ordu həmkarları Vətən müdafiəçiləri ilə bir arada

Hər bir dövlət müstəqilliyini, mövcudluğunu, təhlükəsizliyini ordusu ilə təmin edir. Vətənin qoruyucusu kimi ordu şərəfli bir vəzifəni yerinə yetirir. Bu vəzifənin müqəddəsliyini dərk edən hər bir vətəndaşımız ordusuna inanır, güvənir, ordu sıralarında xidmət edən hər bir hərbçiyə xüsusi rəğbət bəsləyir...davamı

 

 

Uşaqlar gələcəyimizdir

Ümummilli lider Heydər Əliyev gənclər siyasətinə həmişə önəm verir, ölkənin ictimai-siyasi, mədəni həyatında gələcəyimizin təminatçısı olan uşaqların rolunu və bizim üzərimizə düşən vəzifələri həmişə çıxışlarında vurğulayırdı: "Uşaqlara qayğı hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur...davamı

 

 

“Oğullar Vətəni qorumaq üçün doğulur”

Ana daim narahat bir ömür yaşayır. Körpəsinin ilk  tərbiyəsini beşikdən başlayır. Ona Vətən, Torpaq sevgisini laylalarında, bayatılarında aşılayır, qız övladının ana, oğul övladının böyüyəndə əsgər olmasını  Allahdan arzulayır...davamı

 

 

Vətən gözdü -  biz kirpik...

Vətən gözdü - biz kirpik. Bu misra hər birimizin yaşam fəlsəfəsidir.

Vətənpərvərlik Vətənə sevgidi...

Vətən - dünyaya göz açdığın  diyardı...davamı

 

 

 

"Azərbaycan Ordusu" qəzetinin tam variantı