Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 2021 12:00

"Azərbaycan Ordusu" qəzeti № 35 (2543)

Müasir Azərbaycanın memarı

Həm sovetlər dönəmində, həm də müstəqilliyimizin ilk illərində Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri ilə tanınan xalqımızın böyük oğlu Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ölkəmizdə böyük coşqu ilə qeyd olunur. Müasir Azərbaycanın bir dövlət kimi formalaşıb beynəlxalq aləmdə yetkin nüfuza malik olmasında ulu öndər Heydər Əliyevin xidmətləri danılmazdır. Bu gün biz fəxr edirik ki, memarı ümummilli lider Heydər Əliyev olan müasir Azərbaycanın vətəndaşlarıyıq...davamı



Böyük Vətən müharibəsinin veteranları ilə görüş keçirildi

Bu gün dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin  diqqət və qayğısı ilə əhatə olunan müasir Azərbaycan Ordusu dövlətimiz tərəfindən hərtərəfli təmin olunur. Bununla yanaşı, xalqımızın da mənəvi dəstəyini hiss edən ordumuz daha güclü olur və verilən istənilən döyüş tapşırığını uğurla yerinə yetirir. 44 gün davam edən Vətən müharibəsində olduğu kimi. Cəbhədə döyüşən hərbçilərə xalqımızın, müxtəlif dövlət və özəl qurumların mənəvi dəstəyi qələbəmizi təmin edən amillərdən oldu...davamı



Bəşər tarixinin faciəsi - İkinci Dünya müharibəsi

1941-1945-ci illər... Böyük Vətən müharibəsi bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olub.

İkinci Dünya müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır. Bu müharibədə Azərbaycanın mərd oğul və qızları xalqımızın ən ali keyfiyyətlərindən olan fədakarlığı, vətənpərvərliyi, mərdliyi nümayiş etdiriblər. Dəhşətli müharibə başlayan zaman on minlərlə oğul və qızımız döyüş cəbhəsinə könüllü göndərilmək üçün ərizə verib...davamı



Səmaların açarı Vətən sevgisindədir…

İnsan qəlbini riqqətə gətirən Vətən sevgisi həm cəsarət, həm hünər, həm də mərdliyi özündə birləşdirir. Ən əsası isə Vətən sevgisi həyatımızın müxtəlif anlarında hər şeydən üstün olur. Bu hisslərin ağuşunda Vətənin dar günündə şirin canından keçməyə hazır olursan. Döyüş meydanında göstərdiyin peşəkarlıq, silah-texnikadan ustalıqla istifadə edilməsi hərbçinin professionallığından, təcrübəsindən və bacarığından asılıdır...davamı



Döyüş hazırlığı təlimlərlə möhkəmləndirilir

İgid Azərbaycan əsgərinin şücaəti və qəhrəmanlığı sayəsində tarixi torpaqlarımızı viran qoyan erməni silahlı birləşmələri məğlubiyyətə uğradılaraq geri çəkilməyə məcbur edildi. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində üzərinə düşən missiyanın öhdəsindən layiqincə gələrək xalqımıza qələbə sevincini yaşatdı. Cəmi 44 gün davam edən Vətən müharibəsində digər bölmələr kimi, artilleriyaçılarımız da qarşıya qoyulan tapşırıqların öhdəsindən bacarıqla gəldilər. Verilən hədəflərin təcrübəli topçularımız tərəfindən vaxtında və dəqiqliklə məhv edilməsi qələbənin qazanılmasında əvəzsiz rol oynadı...davamı



Rabitə döyüş fəaliyyətinin ən vacib elementlərindəndir

Müasir dövrü rabitəsiz təsəvvür etmək mümkün deyil. Təsadüfi deyil ki, dünyada baş verən innovativ yeniliklər, gündən-günə funksionallığını daha da artıran yeni ixtiralar günümüzün tələblərini təyin edir. Bu gün inkişaf edən ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarındakı tərəqqi ordumuzu da geniş əhatə edib. Belə ki, ölkə rəhbərliyinin tapşırığına əsasən, ordu rəhbərliyi Rabitə və AİS Qoşunlarında geniş islahatlar aparır. Adıçəkilən qoşun növünün daha da təkmilləşdirilməsi üçün fəaliyyətlər planını həyata keçirir. Bir neçə gün bundan əvvəl qardaş Türkiyə Ordusunun hərbi qulluqçularının da iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri keçirildi...davamı



Hərbi Qənimətlər Parkı - Zəfərin bəşəriliyə çağırış parkı

Dan yeri söküləndən bəri ağac-ağac, budaq-budaq çılğınlaşan, yallar aşan, yamac-yamac, düzən-düzən dolaşan, yolçularından biganəlik görüncə kükrəyən yellər gah sağa meyillənir, gah sola. İndiyəcən torpaqda duymadığım, duya bilmədiyim gözəl bir tərpəniş hiss edirəm. Vətən müharibəsinin iştirakçılarıyla - işğalçını diz çökdürənlərlə görüşə tələsdiyim məqamlarda könlümlə təbiət arasında oxşarlıq tapmaq istəyirəm. Könlümü işğaldan azad edilmiş torpaqlar bilirəm, əsən yelləri - düşüncələrim. Düşüncələrimin sırasını kəlmələşəcəyim əsgərlərin işıqlı düşüncələrinin nizamlayacağına əminliklə göy üzünə baxıram...davamı



“Hər əsgəri özümə övlad bilirəm”

Əsgərlərimizin dadlı və keyfiyyətli yeməklərlə qidalanması ordu rəhbərliyinin qarşıya qoyduğu vacib məsələlərdən biridir. Müasir standartlara cavab verən hərbi hissələrdə əsgər yeməkxanaları hər cür avadanlıqlarla təchiz edilib. Burada qadın aşpazların çalışması isə bişirilən yeməklərin keyfiyyətini artırmaqla yanaşı, hərbi qulluqçulara ana qayğısını hiss etdirir. Yeməklərə öz sevgilərini qatan aşpazlarımızın bişirdikləri ən sadə yemək də dadlı alınır...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı