Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 May 2018 10:45

"Azərbaycan Ordusu" qəzeti - №34 (2250)

Ruhumuzun işığıdı bu inamın işığı

Dağların qarı əriyir, yollar-yamaclar yaşıllaşır, dağ çaylarının suyu bollaşır, təkəmseyrək otlar cücərsə də, ötənilki izlər bilinir. O izlər yüksəkliklərə, yüksəkliklərə söykənən hündür təpəliklərə yol  göstəricisidi. Yaxın günlərdə o izlər də cığıra dönəcək...davamı



Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu

Sovet dövründə Naxçıvanda 75-ci mexanikləşdirilmiş motoatıcı diviziyası və 41-ci sərhəd dəstəsi yerləşirdi. Azərbaycan öz müstəqilliyini elan edəndən sonra İttifaq qoşunlarına rəhbərliyi əlinə almış MDB qoşun komandanlığı bu hissələri bütün əmlakı ilə birlikdə Naxçıvandan çıxarmaq istəyirdi...davamı



Qəbələ qalasını Ulu Öndər xilas etdi

Elə tarixi şəxsiyyətlər var ki, onun xatirəsi heç vaxt unudulmur, unudulmayacaq. Azərbaycanlı olmasıyla həmişə fəxr edən ulu öndər Heydər Əliyev belə tarixi şəxsiyyətlərdəndir. 95 illiyini qeyd etdiyimiz dahi rəhbərlə bağlı bir hadisəni heç vaxt unutmayacam. Bu hadisə xalqımızın qədim tarixinə çox həssas, heysiyyətli münasibətlə bağlıdır...davamı



Ulu Öndər haqqında dəyərli tədqiqat əsəri

Azərbaycan xalqının Ulu Öndəri, müasir Azərbaycan dövlətçiliyinin, Azərbaycanda yeni ordu quruculuğunun memarı Heydər Əliyevin anadan olmasının 95 illiyi ərəfəsində Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının dosenti, tarix elmləri doktoru Mehman Süleymanovun "Azərbaycanda Ali Baş Komandanlıq İnstitutunun Heydər Əliyev mərhələsi" adlı irihəcmli tədqiqat əsəri işıq üzü görmüşdür...davamı



“Biz də özümüzü sırada hiss edirik”

İkinci Dünya müharibəsinin bəşəriyyətə vurduğu yaralar hələ də sağalmayıb, yaddaşlardan silinməyib. İllər keçsə də, bu ölüm-dirim müharibəsi unudulmayacaq. Keçmiş SSRİ-nin elə bir ucqar məkanı yoxdur ki, bu vahiməli və dəhşətli müharibə həmin yerlərə aclıq, səfalət, müsibət, ölüm və göz yaşları gətirməsin. Bir sözlə, İkinci Dünya müharibəsi tarixdə xüsusi iz qoymuşdur...davamı



Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib

Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar  keçirilib. BHİK-nin hissələr üzrə sədrlərinin iştirakı ilə keçirilən seminarda işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məsələləri müzakirə edilib...davamı



Cəbhə bölgəsində bayram tədbirləri

Hər bir millətin tarixi onun vətənpərvər övladları tərəfindən yazılır. Vətənimiz qədim dövrlərdən bəri çoxlu sayda igid oğullar yetişdirib və bu proses günü-gündən artan xətlə gedir. İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında həmyerlilərimizin müstəsna rolu olub...davamı



Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş mini-futbol turnirinə start verildi

Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2018-ci il üçün təsdiq etdiyi plana əsasən, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar Azərbaycan Ordusunda bir sıra kütləvi idman tədbirləri keçirilməsi nəzərdə tutulub...davamı

"Azərbaycan Ordusu" qəzetinin tam variantı