Azərbaycanın müstəqilliyini əbədi, dönməz edən dahi şəxsiyyət
Azərbaycan xalqının mübarizə tarixində Heydər Əliyevin adı Böyük Xilaskar, Əbədiyaşar Komandan, Dahi Şəxsiyyət, Ümummilli Lider, Ulu Öndər kimi əbədiləşdi.
O, müstəqilliyimizi əbədi, dönməz edən tarixi şəxsiyyət kimi tarixləşdi...davamı
Dağlar kimi vüqarlı əsgərlər...
Dağlar qoynunda yerləşən hərbi hissədəyik. Əvvəlki günlərə nisbətən hava xeyli dəyişib. Beş-altı gün əvvəl səmanın ənginliklərindən boylanan Günəş gözə dəymir...davamı
Ruhumuzun qibləgahıdır Ana Vətən
Yol bizi Qarabağa aparır. Qış fəsli olmasına baxmayaraq, günəşin şəfəqləri sanki canı və qanı ilə torpağı vətənləşdirən oğulların ruhlarıtək yolumuzu işıqlandırırdı. Yol boyu müşahidə etdiyimiz və müharibədən qalan izlər artıq yox olmaq üzrədir...davamı
Tələbkar çavuş
Hər insanın həyatında arzu etdiyi bir peşə olur. Bütün varlığı ilə həmin peşəyə yiyələnmək üçün yollar arayır. Təəssüf ki, bəzi hallarda, müxtəlif səbəblərdən insan istəyinə də çata bilmir. Bizim ömür yolu haqqında söhbət açacağımız çavuş Musaməddin Ağamalıyev hələ kiçik yaşlarından arzu etdiyi peşəyə sonsuz sevgi bəsləyən gənclərdəndir...davamı
Tarixin qanlı səhifəsi
Ermənilər tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməlləri ilə yadda qalıblar. Xalqımızın başına gətirilən ən dəhşətli faciələrdən biri 1918-ci ilin 30 mart - 3 aprel tarixində daşnak-bolşevik dəstələri tərəfindən törədilən soyqırımı olub. Bu soyqırımı amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir. Bu soyqırımı barədə çox sözlər deyilib, kitablar yazılıb, fikirlər səsləndirilib, filmlər çəkilib. Bütün bunlar həqiqəti dünyaya çatdırmaq, erməni xislətini aşkara çıxarmaq üçündür...davamı
Aprel döyüşləri - Zəfərin başlanğıcı...
2016-cı ilin apreli Azərbaycan Ordusunun növbəti şanlı Qələbəsi ilə tarixləşdi. Azərbaycan Respublikasının Prezidenti bu döyüşlər haqqında qürurla dedi ki, Aprel döyüşləri dərsliklərə salınmalıdır...davamı
Türkün igidliyi, şəhidliyi
Türk millət olaraq Bilgə xaqanın Orxon-Yenisey abidələrinin bəngüdaşlarında tarixləşmiş nəsihətini həmişə sökülən dan yerinin duası bilib: "Ey türk milləti, titrə və özünə dön, sən özünə dönəndə böyük olursan!". Türk milləti titrəyib, özünə dönüb, ruhən dünyaya sığmayıb - böyük olub...davamı
Ən məsuliyyətli vəzifə
Xalqa və Vətənə sədaqətlə xidmət edən hərbçilərimiz qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirməklə onlara göstərilən etimadı doğruldurlar. Zabit olmaq hərbçidən Vətən sevgisindən savayı, dərin bilik, möhkəm iradə, yüksək intizam da tələb edir. Öz təcrübələrini gənc əsgərlərə öyrədən komandirlərimiz ordumuzun döyüş qabiliyyətinin yüksəlməsi üçün üzərlərinə düşən məsuliyyətli vəzifənin öhdəsindən gəlməyi peşəkarlıqla bacarırlar...davamı
"Azərbaycan Ordusu" qəzetinin tam variantı