Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Mart 2021 11:43

"Azərbaycan Ordusu" qəzeti № 19 (2527)

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV: Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi

Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev və Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyasının sədrinin müavini Mehriban xanım Əliyeva Qurultayın işində iştirak ediblər...davamı



Dağların başında ərənlər yaşar...

Yeddi ildir media sahəsində çalışan biri kimi, dəfələrlə ön xətdə çəkilişlərdə olmuşam, əsgər və zabitlərimizin xidməti fəaliyyətini işıqlandırmışam. Hər dəfə müqəddəs missiyanı yerinə yetirən oğullarla görüşə gedəndə eyni qürur və həyəcanla yola çıxmışam. Amma budəfəki səfərin mənim üçün ayrı bir mövzusu və yeri olacaqdı. Çünki onlar bizi Şuşaya, Laçına, Kəlbəcərə, Füzuliyə, Ağdama və işğaldan azad olunmuş digər şəhər və rayonlarımıza çatdıran qalib Azərbaycan Ordusunun əsgərləridirlər. İndi biz onların sayəsində "Salam Qarabağ, biz gəlmişik" deyə bilirik. QALİB ƏSGƏR barədə danışmağı, bu xoşbəxtliyi duymağı jurnalist taleyimə yazdığı üçün Uca Yaradana şükür edir və dağların başında yaşayan ərənlərlə görüşə tələsirəm. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun uca dağlar qoynunda yerləşən bölmələrindən birində uca dağları, şiş qayaları özünə səngər seçib düşmənin qorxulu röyasına çevrilən Azərbaycan əsgəri barədə danışacağıq. Payızın sazaqlı küləyindən mətin, qışın soyuğundan sərt, qanında və ruhunda  yenilməzlik olan QALİB ƏSGƏR barədə...davamı



“Təhlükəsizlik qaydalarının əsas məqsədi şəxsi heyətin həyat və sağlamlığının qorunub saxlanılmasıdır”

Azərbaycan Ordusunun bütün birlik, birləşmə və bölmələrində şəxsi heyətin gündəlik fəaliyyətində ən vacib məsələlərdən biri də təhlükəsizlik qaydalarına əməl olunmasıdır. İstər sülh, istərsə də müharibə dövründə hərbi qulluqçulara əvvəlcədən komandirlər tərəfindən təhlükəsizlik qaydaları çatdırılır. Hərbi xidmətin təhlükəsizliyinin təmin edilməsi hərbi qulluqçuların həyat və sağlamlığının qorunub saxlanılmasına, qoşunların həyat fəaliyyətinin bütün növlərinin təhlükəsizlik şəraitinin təşkilinə, eləcə də xidməti vəzifələri yerinə yetirərkən şəxsi heyətin ölümünə və xəsarət almasına səbəb olan amillərin təhlili, proqnozlaşdırılması və təsirinin məhdudlaşdırılmasına yönəlmiş Azərbaycan Respublikasının qanunvericiliyinin, Silahlı Qüvvələrin ümumqoşun nizamnamələrinin, Müdafiə Nazirliyinin müvafiq normativ aktlarının tələblərinin yerinə yetirilməsinə dair vəzifəli şəxslərin və hərbi idarəetmə orqanlarının məqsədyönlü fəaliyyətidir. Hərbi xidmətin təhlükəsizliyinin  əsas növlərindən biri də atıcı silahlarla davranma zamanı təhlükəsizliyin təmin olunmasıdır...davamı



Həmişə qalib olaq, həmişə zəfər qazanaq


Qəhrəmanlıq və igidlik məfhumu əsrləri yola salmış tarix üçün yenilik deyil. Zaman-zaman dərin maraqla boylandığımız tarixin səhifələri qanlı döyüş meydanlarında qeyri-adi hünər və cəsarət göstərib ad çıxarmış, müharibələrdə böyük şöhrət qazanmış cəngavərlərin qəhrəmanlığı ilə doludur. Həyat yaranışından nizamlandığı kimi öz axarındadır. Qəhrəmanlıq adlandırdığımız min illik ağacdan həmişə yeni budaqlar bitməkdədir. Yeni-yeni qəhrəmanlıqların şahidi oluruq və bundan sonra da olacağıq. 44 gün davam edən Vətən müharibəsində də yüzlərlə, minlərlə qəhrəmanlıq nümunələri gördük...davamı



“Ordumuz qazandığı qələbə ilə tarix yazdı”


Sentyabrın 27-dən əks-hücum əməliyyatı kimi başlayan, Vətən müharibəsi kimi davam edən döyüşlər ordumuzun qələbəsi ilə başa çatdı. Döyüşlər əsgər və zabitlərimizin yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olduğunu bir daha təsdiqlədi. Ordumuz torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qürurla bildirdi: "Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!"...davamı



Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi


Mövzu:  31 Mart - Azərbaycanlıların soyqırımı günüdür.
Suallar:

1. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanı və bu fərmanın tarixi əhəmiyyəti.

2. Azərbaycan xalqına qarşı ermənilər tərəfindən aparılmış genosid siyasətinin məzmunu, tarixi xronikası və ağır nəticələri...davamı



Müqəddəsliyə ehtiram müqəddəs borcumuzdur

Şəhidlik mənəviyyat zirvəsidir. Bu zirvə bəşərin sığındığı zirvədir. Bəşərin yaşamına hökm verən zirvədir...

Şəhidlik həm də bir örnəkdir...

Şəhidlik həm də bir məktəbdir. Yaşada-yaşada öyrədən, öyrədə-öyrədə yaşadan məktəb...davamı



Sevgi dolu ürəklər, nəvazişli əllər...


"N" hərbi hissəsində olarkən camaşırxana ilə yaxından tanış olduq. Burada  çalışanların əksəriyyəti qadınlardır. Onlar hərbçilərimizə qayğı göstərməkdən qürur duyurlar. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Şahmar İzanovla camaşırxanaya daxil olduqda hər kəs üzərinə düşən vəzifəni yerinə yetirirdi. Qadınlardan bəziləri camaşırxanaya daxil olan camaşırları, dəsmalları çeşidləyir, bəziləri onları yuyur, bəziləri yuyulmuş məhsulları qurudur və ütü qurğusuna yönləndirir. Bir an olsun belə iş dayanmır. Qurğu və avadanlıqların ritmik səsi dalğa-dalğa ətrafa yayılır...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı