Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Dekabr 2021 17:52

"Azərbaycan Ordusu" qəzeti № 94 (2602)

Mühəndis-istehkamçılarımız döyüş tapşırıqlarını məsuliyyətlə yerinə yetirirlər

Rəşadətli Azərbaycan Ordusunun zəfəri ilə başa çatan Vətən müharibəsində bütün qoşun növlərimiz qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəldilər. Cəsur döyüşçülərin sayəsində torpaq həsrətinə son qoyuldu. Torpaqlarımızın azadlığı uğrunda aparılan əməliyyatlarda sinəsini düşmən gülləsinə sipər edərək, bir addım da olsun geri çəkilməyən şəhidlərimizin qisası alındı...davamı



Səngərdən döyüşə, döyüşdən qələbəyə

Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun rəşadəti, xalq-dövlət birliyi nəticəsində 2020-ci il hər birimizin yaddaşına Zəfər ili kimi həkk olundu. Sentyabrın 27-də düşmənin cəbhə boyu həyata keçirdiyi genişmiqyaslı təxribata cavab olaraq başlayan əks-hücum əməliyyatları Vətən müharibəsinə çevrildi...davamı



“N” hərbi hissəsində döyüş atışlı taktiki təlim keçirildi


Şəxsi heyətin döyüş vərdişlərinin artırılması prioritet məsələlərdən biridir. Hərbi qulluqçuların nəzəri və praktiki biliklərinin, mənəvi-psixoloji hazırlıqlarının təkmilləşdirilməsi, şəxsi heyətin xidmətə hazırlanmasına yardımçı olmaq məqsədilə müntəzəm olaraq təlimlər, məşğələlər keçirilir...davamı



Cəsur döyüşçü


Vətənini, torpağını canından artıq sevən oğullardan biri də Musa Rövşən oğlu Əsgərov idi. Erməni faşistlərinin Gəncəyə raket hücumları, törətdikləri terror aktları onun düşmənə olan nifrətini daha da artırırdı. Gəncənin vurulması xəbərindən hiddətlənən Musanın qəlbi qisas hissi ilə alışıb yanırdı. "Axı o dinc insanların, süd qoxulu körpələrin nə idi günahı", - deyə düşünürdü Musa...davamı



Səngərlər Zəfər yolunun başlanğıcı idi

Vətən müharibəsində xalqımız yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr vurdu. Arxa cəbhədəkilər isə döyüşçülərimizə dayaq durdular. Yaşından, vəzifəsindən asılı olmayaraq, hər kəs üzərinə düşən tapşırıqları yerinə yetirdi. Buna görə də erməni işğalçılarına qalib gəldik, onları döyüş meydanlarında diz çökdürüb yurdumuzdan qovduq...davamı



Vətən müharibəsinin regionda yaratdığı yeni geosiyasi reallıqlar

Xəzər dənizilə Qara dənizin, o cümlədən Türkiyə, Rusiya və İran dövlətləri arasında yerləşən Cənubi Qafqaz regionu beynəlxalq münasibətlər sisteminə əsaslı təsir göstərən, yeni geosiyasi reallıqlar yaradan əlverişli coğrafi mövqeyə malikdir. Geopolitik reallıq Cənubi Qafqazı Şərq-Qərb və Şimal-Cənub dəhlizinə çevirdiyindən bu region daim böyük güclərin diqqət mərkəzində olub...davamı



Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi


Mövzu: Hərbi qulluqçuların tərbiyəsində azərbaycançılığın və vətənpərvərliyin rolu.
Suallar:

1. Azərbaycançılıq - hərbi qulluqçularda dövlətçilik duyğusunun güclənməsinə, güclü ordunun formalaşmasına, müstəqilliyin qorunmasına, demokratik inkişafa, hüquqi və sosial dövlətin qurulmasına xidmət edir.

2. Vətənpərvərlik Vətənə sevgi və sədaqəti ifadə edir...davamı



Şuşaya aparan yol nə gözəldi!..


Ermənistan Azərbaycanda minlərlə uşağın uşaqlığını, yeniyetmənin yeniyetməliyini, minlərlə qocanın qocalığını işğal etsə də (erməniliyin əzablarını erməni uşaqları, erməni yeniyetmələri, erməni qocaları daha ağrılarla yaşayacaq, həm də illərlə...), heç birinin ruhuna, ruhunun əsgəri olan vətənpərvərliyinə yaxın düşə bilmədi; qadirlik ocaqdı - yad nəfsini, yad nəfəsini tanıyır, tanıdığına görə yandırıb külə döndərir...davamı



Şəhidlərimizin keçdiyi həyat yolu nümunədir

Zaman ötdükcə, fəsillər dəyişir, günlər ayları, aylar illəri, illər əsrləri, əsrlər minillikləri əvəz edərək tarix olur. Bu illər ərzində bir çox hadisələr baş verir ki, müəyyən dövrdən sonra yaddaşlardan silinir, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. 44 günə yazılan şanlı Zəfər tariximiz kimi. Həmin günlər yaddaşlara əbədi həkk olundu...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı