Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Silahlı Qüvvələrimizin nümayəndələrinin iştirakı ilə bir sıra beynəlxalq tədbirlər keçiriləcək 31 May 2014 09:00

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iyun ayının 2-dən başlayaraq bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Respublika gənclərinin VII forumunun keçirilməsi münasibəti ilə Silahlı Qüvvələrdə xidmət edən gənclərə Azərbaycan Respublikası Müdafiə nazirinin təbriki 31 May 2014 09:00

Əziz gənclər!Hörmətli həmvətənlər!Sizi Respublika gənclərinin VII forumunun keçirilməsi münasibəti ilə səmimi qəlbdən təbrik edir, Vətənimizin müdafiəçiləri və ölkəmizin gələcəyinin təminatçıları kimi Sizə ən xoş arzularımı bildirirəm.

Müdafiə nazirinin Gürcüstana rəsmi səfəri başa çatıb 30 May 2014 09:00

Mayın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana rəsmi səfəri çərçivəsində Tbilisi şəhərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyub və onun əziz xatirəsini yad edib.

Yaralının vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur 30 May 2014 09:00

Füzuli rayonu ərazisində müdafiənin ön xəttində düşmən tərəfindən yaralanan 1994-cü il təvəllüdlü əsgər Mirzəzadə Mehman Dadaşbala oğlunun vəziyyəti barədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin baş cərrahı, polkovnik Famil Babayevin açıqlaması:

Şəhid kapitan Məmmədov Fikrət Akif oğlu hərbi rituallara uyğun olaraq dəfn edilib 29 May 2014 09:00

Erməni kəşfiyyat-diversiya qrupunun cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizə basqınının qarşısını alarkən şəhid olmuş kapitan Məmmədov Fikrət Akif oğlu mayın 29-da Bakı şəhərində dəfn olunub.

Müdafiə nazirinin Gürcüstana rəsmi səfəri başlayıb 29 May 2014 09:00

Mayın 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri başlayıb.

Gürcüstan Prezidenti Müdafiə naziri general-polkovnik Zakir Həsənovu qəbul edib 29 May 2014 09:00

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri çərçivəsində mayın 29-da günün ikinci yarısında Müdafiə naziri general-polkovnik Zakir Həsənovu Gürcüstanın prezidenti cənab Giorgi Marqvelaşvili qəbul edib.

Erməni kəşfiyyat-diversiya qrupu növbəti dəfə postumuza basqın etməyə cəhd göstərib 28 May 2014 09:00

Mayın 27-də axşam saatlarında və 28-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə növbəti dəfə basqın etməyə cəhd göstərib.

İkitərəfli hərbi əlaqələrin həyata keçirilməsi planları imzalanıb 28 May 2014 09:00

Mayın 28-də "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Türkiyə Respublikası Baş Qərargahı arasında 2014-cü il üçün ikitərəfli hərbi əlaqələrin həyata keçirilməsi Planı" və "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Türkiyə Respublikası Baş Qərargahı arasında 2014/2015-ci təlim-təhsil ili üçün Kurslar Planı" imzalanmışdır.

Şəhid gizir Abilov Xudaverdi Fərhad oğlu dəfn edilib 28 May 2014 09:00

Düşmənin açdığı snayper atəşi nəticəsində dünən şəhid olmuş gizir Abilov Xudaverdi Fərhad oğlu mayın 28-də Sumqayıt şəhərində dəfn olunub.