Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək 23 May 2014 09:00

Kunqsaengen şəhərində (İsveç) mayın 26-dan iyunun 13-dək "Kiçik zabitlər üçün taktiki səviyyədə çoxmillətli qərargah" kursu keçiriləcək.

Erməni kəşfiyyat-diversiya qrupu postumuza basqın etməyə cəhd göstərib 22 May 2014 09:00

Mayın 21-dən 22-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə basqın etməyə cəhd göstərib.

NATO/ABŞ Ekspert Qrupu ilə növbəti işçi görüşü keçirilib 21 May 2014 09:00

Mayın 18-dən 21-dək Silahlı Qüvvələrin Hərbi Akademiyasında Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO/ABŞ Ekspert Qrupu ilə Müdafiə Nazirliyinin mütəxəssisləri arasında növbəti işçi görüşü təşkil edilib.

Türkiyə İşıklar Hərbi Liseyinin nümayəndə heyəti ölkəmizdə səfərdədir 21 May 2014 09:00

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında 2014-cü il üçün illik hərbi əməkdaşlıq Planına uyğun olaraq Türkiyə Respublikası Hərbi Hava Qüvvələrinin İşıklar Hərbi Liseyinin nümayəndə heyəti ölkəmizə tanışlıq səfərinə gəlib.

Milli Qəhrəman Şikar Şikarovun yubileyi qeyd edilib 21 May 2014 09:00

Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə Milli Qəhrəmanların yubileylərinin qeyd olunması ənənə halını alıb.

Azərbaycan Respublikasının Müdafiə naziri Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcək 21 May 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvətilə 23-24 may tarixlərində Moskva şəhərində keçiriləcək Beynəlxalq Təhlükəsizlik üzrə 3-cü Konfransda iştirak edəcəkdir.

Bakıda "NATO-da Maddi-Texniki Təminat Dəstəyi" mövzusunda təlim kursu keçirilir 20 May 2014 09:00

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən "NATO-da Maddi-Texniki Təminat Dəstəyi" mövzusunda təlim kursu keçirilir.

Əlahiddə Ümumqoşun Ordu tabeliyində olan hərbi hissə və birləşmələrə yeni avtomobillər təqdim edilib 20 May 2014 09:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Silahlı Qüvvələrin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında müvafiq tapşırıqlarına əsasən Əlahiddə Ümumqoşun Ordu tabeliyində olan hərbi hissə və birləşmələrə yeni avtomobillər təqdim edilib.

Əlahiddə Ümumqoşun Ordusuna döyüş bayraqları təqdim edilib 20 May 2014 09:00

Mayın 19-da Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordusu və onun tabeliyində olan hərbi hissələrə döyüş bayraqlarının təqdim edilməsi mərasimi keçirilib.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO tədbirində iştirak edəcək 20 May 2014 09:00

Bu gün Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov mayın 21-də Brüssel şəhərində NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsində İSAF və post-2014 Qətiyyətli Dəstək üzrə formatlarında keçiriləcək növbəti iclaslarında iştirak etmək üçün Belçika Krallığına yola düşüb.