Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Məlumat 3 May 2014 09:00

Bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Respublikası Silahlı Qüvvlərinin yüksək rütbəli hərbi qulluqçusunun xarici ölkəyə getməsi ilə bağlı məlumatlar yayılıb.

Təlim zamanı 2 əsgər yüngül xəsarət alıb 3 May 2014 09:00

Mayın 2-də saat 19:00 radələrində cəbhə bölgəsində yerləşən təlim mərkəzində 2 hərbi qulluqçu - əsgər Əhlimanlı Mahir Ərşad oğlu və əsgər Əliyev Pərviz Həsən oğlu təlim zamanı yüngül xəsarət alıb.

Hərbi Hava Qüvvələri təlim-məşq uçuşları keçirib 2 May 2014 09:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2014-cü ilin döyüş hazırlığı planına əsasən Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən mayın 1-də Hərbi Hava Qüvvələrinin uçuş hazırlığı yoxlanılıb.

Azərbaycan Respublikasının Müdafiə naziri İsrail Dövlətinin Xarici İşlər nazirini qəbul edib 2 May 2014 09:00

Mayın 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin Xarici İşlər naziri cənab Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 2 May 2014 09:00

Mayın 4-dən 10-dək Brügge şəhərində (Belçika) "Əməliyyat uğurunun əldə edilməsi məqsədilə effektiv tərəfdaşlığın formalaşdırılması" mövzusunda konfrans, mayın 5-dən 8-dək Minsk şəhərində (Belarus) "Böhranlara cavab əməliyyatlarında tibbi dəstək" mövzusunda mobil təlim qrupu təlimi, mayın 5-dən 9-dək Xaniya şəhərində (Yunanıstan) Dənizdə qadağa əməliyyatlarında birgə fəaliyyət kursu, mayın 5-dən 9-dək Brüssel şəhərində (Belçika) "Tərəfdaş ölkələrin qərargah zabitləri üçün NATO ilə tanışlıq" kursu, Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən mayın 5-dən 30-dək Vışkov şəhərində (Çexiya) Kiçik komandirlər üçün liderlik kursu keçiriləcək.

Azərbaycan Silahlı Qüvvələri cəbhə bölgəsində təlim məşqləri keçirir 1 May 2014 09:00

2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Silahlı Qüvvələrin birliyinin hissə və bölmələri cəbhə bölgəsində aprel ayının 28-dən növbəti təlim məşqləri keçirir.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək 1 May 2014 09:00

Mayın 3-dən 10-dək Quito şəhərində (Ekvador) Beynəlxalq Hərbi İdman Şurasının 69-cu Baş Assambleyası keçiriləcək.