AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Aprelin 22-də saat 15:10-dan 15:42-dək və 16:18-dən 17:15-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun Vazaşen və Sevkar, Tauş rayonunun Paravakar yaşayış məntəqələri istiqamətindən Azərbaycan Ordusunun Qazax rayonunun cənub sahəsində və Cəfərli kəndi ərazisində yerləşən bölmələrinin mövqelərini atıcı silahlardan və tankəleyhinə qumbaraatanlardan atəşə tutmuşlar.
Ermənistan-Azərbaycan cəbhə xəttində atışmalar davam edir.
1994-cu ilin Vyana sənədi çərçivəsində 1997-ci il aprelin 22-dən başlayaraq, Almaniya Federativ Respublikasının inspeksiya qrupu Azərbaycan Respublikasının Silahlı Qüvvələrində inspeksiya keçirir.
1997-ci il aprelin 22-dən 25-dək Brüsseldə (Belçika Krallığı) NATO-nun mənzil-qərargahında Şimali Atlantika İttifaqının (ŞAİ) illik konfransı çərçivəsində NATO-nun hərbi komitəsinin Müdafiə idarələri rəhbərləri - Baş qərargah rəisləri səviyyəsində iclası keçirilir.
1997-ci il aprelin 21-dən başlayaraq Avropada Adi Silahlı Qüvvələr (AASQ) haqqında müqaviləyə uyğun olaraq, İtaliya Respublikasının inspeksiya qrupu Azərbaycan Respublikasının Silahlı Qüvvələrində yoxlama keçirir.
Ermənistan-Azərbaycan cəbhə xəttində atəşkəs yenə pozulmuşdur.
1997-ci il aprelin 21-dən 25-dək Almaniya Federativ Respublikasında adi silahlara nəzarətin yerinə yetirilməsi məsələlərinin istiqamətləri üzrə kurslar keçiriləcəkdir.
Ermənistan-Azərbaycan cəbhə xəttində atəşkəs yenidən pozulmuşdur.
Ermənistan-Azərbaycan cəbhə xəttində atəşkəsin pozulması davam edir.
1997-ci il aprelin 14-də saat 12:30-dan 14:30-dək Ermənistan silahlı qüvvələrinin İcevan rayonu ərazisində yerləşən bölmələri Paravakar-Vazaşen sahəsindəki mövqelərindən iriçaplı pulemyotlardan, avtomat silahlardan və qumbaraatanlardan atəş açaraq Azərbaycan ordusu bölmələrinin Qazax rayonu ərazisindəki mövqelərinə hücum etmişlər.