Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Aprel 1997 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan-Azərbaycan cəbhə xəttində atəşkəs yenidən pozulmuşdur.
1997-ci il aprelin 18-də saat 23:20-dən başlayaraq aprelin 19-da saat 00:37-dək Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Xocavənd rayonu Kuropatkino kəndindən 5,5 km şərqdə yerləşən bölmələri, Azərbaycan Ordusunun Ağcabədi rayonunun cənub-qərbindəki mövqelərinə bütün atıcı silah mövqelərindən atəş açmışlar.
Aprelin 19-da saat 06:50-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Tauş rayonu Paravarkar yaşayış məntəqəsi sahəsində yerləşən bölmələri Karmirkar və Paravakaryap yüksəklikləri istiqamətindən Azərbaycan Ordusunun Qazax rayonunun cənub sahəsindəki mövqelərini atıcı silahlardan, tankəleyhinə toplardan və minaatanlardan atəşə tutmuşlar. Atəş bu gün saat 09:30-dək davam etmişdir.
 Həlak olanlar və yaralananlar var.
Görülən tədbirlər nəticəsində düşmən susdurulmuşdur.