Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Aprel 1997 00:05

Müdafiə Nazirliyinin məlumatı


Ermənistan-Azərbaycan cəbhə xəttində atışmalar davam edir.
Aprelin 21-də saat 17:40-dan başlayaraq, aprelin 22-də gecə saat 1-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun Sevkar və Kirants rayonunun Moseskex yaşayış məntəqələri istiqamətindən qısa fasilələrlə Azərbaycan Ordusunun Qazax rayonunun Cəfərli və Məzəmli, Tovuz rayonunun Koxanəbi və Ağdam kəndləri sahəsindəki mövqelərini tankəleyhinə qumbaraatanlardan, iriçaplı pulemyotlardan və avtomatik qumbaraatanlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.