AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan-Azərbaycan cəbhə xəttində atəşkəsin pozulması davam edir.
1997-ci il aprelin 17-də Ermənistan silahlı qüvvələrinin bölmələri saat 18:10-dan başlayaraq İcevan rayonunun Karmirkar yaşayış məntəqəsi istiqamətindən Azərbaycan ordusunun Qazax rayonu Balacəfərli kəndi sahəsindəki mövqelərini atıcı silahlardan və 85 mm-lik tankəleyhinə toplardan atəşə tutmuşlar. Atəş saat 21:30-dək davam etdirilmişdir.
Cavab tədbirlərindən sonra düşmən susdurulmuşdur.