Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Aprel 1997 00:01

Müdafiə Nazirliyinin məlumatı

1997-ci il aprelin 14-də saat 12:30-dan 14:30-dək Ermənistan silahlı qüvvələrinin İcevan rayonu ərazisində yerləşən bölmələri Paravakar-Vazaşen sahəsindəki mövqelərindən iriçaplı pulemyotlardan, avtomat silahlardan və qumbaraatanlardan atəş açaraq Azərbaycan ordusu bölmələrinin Qazax rayonu ərazisindəki mövqelərinə hücum etmişlər. Düşmən müdafiə olunanların cavab atəşi ilə 3 nəfər itirərək geri çəkilmişdir. Həmin gün saat 20:00-də düşmən yenidən hücuma keçərək mövqelərimizə soxulmağa cəhd edərək minalanmış sahəyə düşmüş, ölənlər yaralananlarla 10 nəfər itki verərək çəkilmişdir. Azərbaycan əsgərləri atəş açmayaraq ermənilərə öz meyitlərini və yaralılarını döyüş meydanından çıxarmağa imkan yaratmışlar.
Buna baxmayaraq erməni tərəfi aprelin 15-də gecə saat 2-dən başlayaraq iriçaplı pulemyotlardan, avtomatlardan və minaatanlardan vaxtaşırı həmin ərazidə mövqelərimizi atəşə tutmağı davam etdirmişdir. Cavab atəşilə onun komanda heyətinə məxsus “Niva” markalı avtomobili məhv edildikdən sonra düşmən atəşi dayandırmışdır.