Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 8 Sentyabr 1997 00:01

1997-ci il sentyabrın 8-dən 12-dək NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Almaniya Federativ Respublikasının Oberammergau şəhərində ehtiyat, idarəetmə və təhsil sahəsində kurslar keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 6 Sentyabr 1997 00:01

1997-ci il sentyabrın 6-da Mərkəzi Zabitlər evində Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev cənablarının Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfərinin yekunlarına həsr olunmuş iclası keçirilib.

Müdafiə Nazirliyinin məlumatı 23 Avqust 1997 00:01

1997-ci il avqustun 22-də “N” bölgəsində Azərbaycan Respublikasının Müdafiə Naziri general-leytenant Səfər Əbiyevin sədrliyi ilə Müdafiə Nazirliyi Kollegiyasının 1997-ci ilin birinci yarımilində hərbi hissə və birləşmələrdə hərbi intizamın təhlili və nəticələri, törədilmiş cinayət və hadisələrin səbəbləri, bunların aradan qaldırılması yolları, hərbi hissələrdə intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi vəzifələrinə həsr olunmuş geniş iclası keçirilmişdir.

Müdafiə Nazirliyinin məlumatı 16 Avqust 1997 00:01

1997-ci il avqustun 18-dən başlayaraq Avropada Adi Silahlı Qüvvələr (AASQ) haqqında müqaviləyə uyğun olaraq çoxmillətli inspeksiya qrupu Azərbaycan Respublikasının Silahlı Qüvvələrində yoxlama keçirəcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 13 Avqust 1997 00:01

Xəbər verdiyimiz kimi 1997-ci il avqustun 11-də NATO hərbi komitəsinin sədr müavini general-leytenant Nikolas Kexou Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.

Müdafiə Nazirliyinin məlumatı 9 Avqust 1997 00:01

NATO-nun hərbi komitəsinin sədr müavini general-leytenant N.Kexou Cənubi Qafqaz regionu dövlətlərinə səfər çərçivəsində 1997-ci il avqustun 11-dən 13-dək Azərbaycan Respublikasında rəsmi səfərdə olacaqdır.

Müdafiə Nazirliyinin məlumatı 29 İyul 1997 00:01

1997-ci il iyulun 28-dən avqustun 8-dək NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində ABŞ-ın Vircinya ştatının Norfolk şəhərində “Kooperativ Osprey” adı altında sülhməramlı təlimlər keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 18 İyul 1997 00:01

1997-ci il iyulun 17-də Yunanıstan Respublikasının müdafiə naziri cənab Akis Tsoxadzopulos və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.

Müdafiə Nazirliyinin məlumatı 16 İyul 1997 00:01

1997-ci il iyulun 17-18-də Yunanıstan Respublikasının müdafiə naziri Akis Tsoxadzopulos və onun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gələcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 8 İyul 1997 00:01

NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində 1997-ci il iyulun 7-dən 14-dək Almaniya Federativ Respublikasının Münhen şəhərində tibbi planlaşdırma və iyulun 7-dən 21-dək Oberammergau şəhərində ətraf mühitin mühafizəsi sahəsində Silahlı Qüvvələrin məsuliyyəti məsələləri üzrə kurslar keçirilir.