AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hazırlığı üzrə Müdafiə naziri general-polkovnik S.Əbiyevin təsdiq etdiyi plana görə yanvarın 12-dən 16-dək Silahlı Qüvvələrdə boks üzrə birincilik uğrunda yarış keçirilir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq 1999-cu il yanvarın 9-da Ermənistan-Azərbaycan cəbhəsi Ağdam rayonunun işğal olunmuş Mərzili kəndi sahəsində, qoşunların təmas xəttinin hər iki tərəfində, səhra komandirlərinin şəxsində növbəti monitorinq keçiriləcəkdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 23-dən 27-dək Türkiyə Respublikasında rəsmi səfərdə olmuşdur.
Dekabrın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Müdafiə naziri İsmət Sezginin dəvətilə Türkiyəyə rəsmi səfərə yola düşmüşdür.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev dekabrın 18-də Brüssel şəhərində NATO-nun qərargah-mənzilində NATO-üzvü və tərəfdaş dövlətlərin Müdafiə nazirlərinin sessiyasında, Avropa-Atlantik Tərəfdaşlığı Şurasının (AATŞ) keçirdiyi görüşdə iştirak etmişdir.
Dekabrın 19-da saat 22:25-dən 23:15-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Berd rayonunun Paravakaryal yüksəkliyindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qarayal dağı sahəsindəki mövqelərini atıcı silahlardan və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.
Dekabrın 18-də saat 11:15-dən 12:20-dək Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölmələri Krasnoselsk rayonunun ərazisində yerləşən Lahzıyal yüksəkliyindəki mövqelərindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Gədəbəy rayonunun Ağdaş dağı ərazisində yerləşən mövqelərini avtomatlardan və iriçaplı pulemyotlardan, saat 21:00-dan 21:20-dək isə Berd rayonunun Paravakaryal yüksəkliyində yerləşən mövqelərindən Qazax rayonunun cənub sahəsindəki mövqelərini atıcı silahlardan və iriçaplı pulemyotlardan atəşə tutmuşdur.
Dekabrın 16-da saat 21:18-dən 21:25-dək Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölmələri Berd rayonunun Paravakaryal yüksəkliyində yerləşən mövqelərindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qazax rayonunun Qarayal yüksəkliyi ərazisində yerləşən mövqelərini, dekabrın 17-də isə saat 08:00-da Ağdam bölgəsində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutmuşdur.
Dekabrın 18-də Brüssel şəhərində (Belçika Krallığı) NATO-nun qərargah-mənzilində NATO üzvü və tərəfdaş dövlətlərin Müdafiə nazirlərinin görüşü keçiriləcək.
Azərbaycan Respublikası ilə NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq dekabrın 14-dən 18-dək Ankara şəhərində (Türkiyə Respublikası) sülhməramlı və humanitar əməliyyatların aparılması zamanı qaçqınların məsələlərinə nəzarət kursları keçiriləcəkdir.