AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq 1999-cu il yanvarın 9-da Ermənistan-Azərbaycan cəbhəsi Ağdam rayonunun işğal olunmuş Mərzili kəndi sahəsində, qoşunların təmas xəttinin hər iki tərəfində, səhra komandirlərinin şəxsində növbəti monitorinq keçiriləcəkdir.
Monitorinqə ATƏT sədrinin şəxsi nümayəndəsi cənab A.Kasprşik rəhbərlik edəcəkdir.