Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Dekabr 1998 00:00

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Müdafiə naziri İsmət Sezginin dəvətilə Türkiyəyə rəsmi səfərə yola düşmüşdür.
Səfər proqramında Türkiyə Respublikasının prezidenti S.Dəmirəl, Baş nazir M. Yılmaz, Müdafiə naziri İ.Sezgin, Baş Qərargah rəisi H.Kıvrıkoğlu və digər rəsmi şəxslərlə görüşlər nəzərdə tutulmuşdur.
Müdafiə nazirinin səfəri dekabrın 27-dək davam edəcəkdir.