Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hazırlığı üzrə Müdafiə naziri general-polkovnik S.Əbiyevin təsdiq etdiyi plana görə yanvarın 12-dən 16-dək Silahlı Qüvvələrdə boks üzrə birincilik uğrunda yarış keçirilir.
Yarışın keyfiyyətli keçirilməsi üçün Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələr və qoşun növlərinin komandanları, idarə, şöbə və xidmət rəisləri, birlik komandirləri və Ordu İdman Klubunun rəisi əmr almışlar.
Yarışlara respublikanın boks üzrə 20 nəfərdən ibarət görkəmli mütəxəssisi hakimlik edir.