Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Dekabr 1998 00:00

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 16-da saat 21:18-dən 21:25-dək Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölmələri Berd rayonunun Paravakaryal yüksəkliyində yerləşən mövqelərindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qazax rayonunun Qarayal yüksəkliyi ərazisində yerləşən mövqelərini, dekabrın 17-də isə saat 08:00-da Ağdam bölgəsində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutmuşdur.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir nəfər əsgəri həlak olmuşdur.