AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində mayın 3-dən 5-dək Odessa şəhərində (Ukrayna) “Kooperativ-partnyor” təlimlərinin planlaşdırılması üzrə yekun konfransı keçiriləcəkdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 3-də Ermənistan-Azərbaycan cəbhəsinin Tərtər rayonunun Tapqaraqoyunlu yaşayış məntəqəsi sahəsində, qoşunların təmas xəttində monitorinq keçiriləcəkdir.
Mayın 2-də Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı Tibb İdarəsinin rəisi general-mayor Mətin Dənlinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Mayın 3-dən 5-dək Bakı şəhərində Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası Silahlı Qüvvələri nümayəndələrinin iştirakı ile neft boru kəmərlərinin mühafizəsi üzrə “Eterniti” təlimlərinin planlaşdırmasının yekun konfransı keçiriləcəkdir.
Mayın 2-dən 4-dək Brüssel şəhərində (Belçika Krallığı) quru qoşunların arxa təminatı doktrinası üzrə işçi qrupun 25-ci görüşü keçiriləcəkdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində mayın 1-dən 5-dək Oberammergau şəhərində (Almaniya) böhranların idarə olumnası üzrə; mayın 1-dən 12-dək isə İzmir (Türkiyə) şəhərində tələ-minalar və partlamamış döyüş sursatlarının məhv edilməsi üzrə kurslar keçirilir.
NATO-nun Hərbi Komitəsinin sədri admiral Quido Venturoni Bakıda iki günlük rəsmi səfərdə olmuşdur.
Aprelin 26-dan 27-nə keçən gecə saat 23:50-dən 00:15-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Krasnoselsk rayonunun Orconikidze yaşayış məntəqəsinin 5 km.
NATO-nun Hərbi Komitəsinin sədri admiral Quido Venturoninin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 27-də Bakıya rəsmi səfərə gələcəkdir.
Aprelin 21-dən 23-dək İndoneziyanın Bali adasında karate üzrə dünya çempionatı keçirilmişdir.