AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 3-də Ermənistan-Azərbaycan cəbhəsinin Tərtər rayonunun Tapqaraqoyunlu yaşayış məntəqəsi sahəsində, qoşunların təmas xəttində monitorinq keçiriləcəkdir.
Monitorinqdə Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin səhra yardımçıları Ş.Yuxas və Ş.Buxmayer iştirak edəcəklər.