AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Aprelin 21-dən 23-dək İndoneziyanın Bali adasında karate üzrə dünya çempionatı keçirilmişdir. Yarışlarda yığma komandamızın tərkibində Müdafıə Nazirliyi Ordu İdman Klubunun sıravi əsgəri Tağıyev Qurban Vaqif oğlu karate üzrə “Qara kəmər Üçüncü dan Şotokan” üslubunda kişilər arasında dünya çempionu adına layiq görülmüşdür.
Sıravi əsgər Qurban Tağıyev 1999-cu ilin iyul ayında Gəncə şəhərindən Ordu sıralarına hərbi xidmətə çağırılmışdır.