Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Aprel 2000 00:00

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 26-dan 27-nə keçən gecə saat 23:50-dən 00:15-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Krasnoselsk rayonunun Orconikidze yaşayış məntəqəsinin 5 km. cənub-şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunun Novo-İvanovka kəndi sahəsindəki mövqelərini; aprelin 27-də saat 00:00-dan 01:00-dək isə İcevan rayonunun Sarıguh yaşayış məntəqəsinin 4 km. cənub-şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Cəfərli kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşdur.
İtki yoxdur.