AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində mayın 3-dən 5-dək Odessa şəhərində (Ukrayna) “Kooperativ-partnyor” təlimlərinin planlaşdırılması üzrə yekun konfransı keçiriləcəkdir.
Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər.