AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Mayın 12-dən 22-dək Kalikidi şəhərində (Yunanıstan) Beynalxalq Hərbi İdman Təşkilatının Baş Assambleyasının 55-ci toplantısı keçirilmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 6-dan 18-dək Vaşinqton şəhərində (ABŞ) “Silahlı Qüvvələr ilə kütləvi informasiya vasitələrinin qarşılıqlı əlaqəsi” mövzusunda seminar keçiriləcək.
İyunun 5-dən 7-dək Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi orkestrlərinin baxış-müsabiqəsi keçiriləcəkdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 5-dən 9-dək Brüssel şəhərində (Belçika Krallığı) NATO üzvü və tərəfdaş dövlətlərin ekspertləri səviyyəsində tibbi aspektlər üzrə işçi qrupun görüşü; iyunun 5-dən 16-dək isə İzmir şəhərində (Türkiyə) hava məkanının idarə olunması və nəzarəti üzrə kurslar keçiriləcək.
Avropada Adi Silahlı Qüvvələr haqqında müqaviləyə uyğun olaraq, iyunun 1-dən İtaliya Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət çoxmillətli inspeksiya qrupu Azərbaycan Respublikası Silahlı Qüvələrində inspeksiya keçirir.
Mayın 31-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Milli Təhlükəsizlik Akademiyasının rəisi general-leytenant Erol Özkasnakı və onu müşayiət edən şəxsləri qəbul etmişdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında rəsmi səfərdə olmuşdur.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 25-də Ermənistan-Azərbaycan cəbhəsinin Tərtər rayonunun Yuxarı Çaylı yaşayış məntəqəsi sahəsində, qoşunların təmas xəttində monitorinq keçiriləcəkdir.
Avropada Adi Silahlı Qüvvələr haqqında müqaviləyə uyğun olaraq, mayın 23-dən 25-dək Almaniya Federativ Respublikası nümayəndəsinin rəhbərlik etdiyi çoxmillətli inspeksiya qrupu Azərbaycan Respublikası Silahlı Qüvvələrində inspeksiya keçirir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti, Çin Xalq Respublikasının Müdafiə naziri general-polkovnik Çi Xaotyanın dəvətilə mayın 22-də Pekinə rəsmi səfərə yola düşmüşdür.