AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Mayın 12-dən 22-dək Kalikidi şəhərində (Yunanıstan) Beynalxalq Hərbi İdman Təşkilatının Baş Assambleyasının 55-ci toplantısı keçirilmişdir. Tədbirdə dünyanın, respublikamız da daxil olmaqla 81 ölkəsinin nümayandə heyətləri iştirak etmişlər.
Assambleyanın işində Azərbaycan Respublikasının hərbi idman sahəsindəki fəaliyyəti yüksək qiymətləndirilmiş və ölkəmiz Asiya yarımqrupundan Avropa qrupuna keçirilmişdir.