Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyun 2000 00:01

Müdafiə Nazirliyinin məlumatı

İyunun 5-dən 7-dək Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi orkestrlarının baxış-müsabiqəsi keçiriləcəkdir.
Baxış-müsabiqəsinin açılış mərasimi iyunun 5-də saat 11:00-da Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin keçmiş binasının təlim meydanında (Salyan kazarmalarının yanı) olacaqdır.
İyunun 6-da saat 11:00-da həmin ünvanda (klubda) konsert proqramı nümayiş etdiriləcəkdir.
Baxış-müsabiqəsi iyunun 7-də saat 12:00-da Azadlıq meydanında davam etdiriləcəkdir. Baxış-müsabiqə həmin gün saat 17:00-da H.Aslanov adına Mərkəzi Zabitlər Evində (S.Vurğun küçəsi 12) laureatların yekun konserti və qaliblərin mükafatlandırılması ilə başa çatacaqdır.
Tədbiri işıqlandırmaq istəyən kütləvi informasiya vasitələri nümayəndələri dəvət olunurlar.