Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 May 2000 00:01

Müdafiə Nazirliyinin məlumatı

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 25-də Ermənistan-Azərbaycan cəbhəsinin Tərtər rayonunun Yuxarı Çaylı yaşayış məntəqəsi sahəsində, qoşunların təmas xəttində monitorinq keçiriləcəkdir.
Monitorinqdə Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Ş.Yuxas iştirak edəcəkdir.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra yardımçıları K.Kratkı, Y.Köler və Ş.Buxmayer həyata keçirəcəklər.