Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 May 2000 00:00

Müdafiə Nazirliyinin məlumatı

Mayın 31-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Milli Təhlükəsizlik Akademiyasının rəisi general-leytenant Erol Özkasnakı və onu müşayiət edən şəxsləri qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra qeyd etmişdir ki, bütün sahələrdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı uğurla inkişaf etdirilir. Hərbi təhsil sistemi sahəsində isə bu nailiyyətlər artıq göz qabağındadır.
Səmimi qəbul üçün təşəkkür edən general-leytenant E.Özkasnak Azərbaycanın uğurlarına sevindiyini vurğulamış və Türkiyə Respublikası Milli Təhlükəsizlik Akademiyasının Azərbaycanın hərbi məktəbləri ilə əməkdaşlığının daha da yaxşılaşmasına bundan sonra da əlindən gələn köməyi əsirgəməyəcəyini söyləmişdir.
Görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Sadıq Ercan və Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əlaqələr İdarəsinin rəisi polkovnik Tofıq Salmanov iştirak etmişlər.