AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Avropada Adi Silahlı Qüvvələr haqqında müqaviləyə uyğun olaraq, mayın 23-dən 25-dək Almaniya Federativ Respublikası nümayəndəsinin rəhbərlik etdiyi çoxmillətli inspeksiya qrupu Azərbaycan Respublikası Silahlı Qüvvələrində inspeksiya keçirir.
Çoxmillətli inspeksiya qrupuna Türkiyə və Hollandiya Silahlı Qüvvələrinin nümayəndələri də daxildirlər.