Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 27 Oktyabr 2000 00:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 26-da Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən növbəti iclasında iştirak etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 26 Oktyabr 2000 00:00

Oktyabrın 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən növbəti iclasında Rusiya Federasiyasına məxsus silah və hərbi texnikanın Ermənistan Respublikasına göndərilməsi barədə bəyanatla çıxış etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 25 Oktyabr 2000 00:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün oktyabrın 25-də Tacikistanın paytaxtı Düşənbə şəhərinə yola düşmüşdür.

Müdafiə Nazirliyinin məlumatı 21 Oktyabr 2000 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində oktyabrın 23-dən 27-dək Lüsern şəhərində (İsveçrə) Silahlı Qüvvələrin şəxsi heyətinin fərdi hazırlığı və təhsili üzrə işçi qrupun görüşü; Oberammergau şəhərində (Almaniya Federativ Respublikası) ehtiyat qüvvələri və səfərbərliyin keçirilməsi üzrə NATO kursları; Ankara şəhərində (Türkiyə Respublikası) sülhü dəstəkləmə əməliyyatlarının təşkilində hərbi müşahidəçilər üçün kurslar və oktyabrın 23-dən noyabrın 3-dək İstanbul şəhərində (Türkiyə Respublikası) sülhü dəstəkləmə əməliyyatlarının keçirilməsində quru qoşunları, hərbi dəniz qüvvələri və hərbi hava qüvvələrinin qarşılıqlı fəaliyyəti üzrə kurslar keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatı 20 Oktyabr 2000 00:00

Oktyabrın 19-da saat 21:50-dən 22:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam rayonunun işğal olunmuş Tağıbəyli kəndinin şimal-şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Təzəkənd yaşayış məntəqəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 14 Oktyabr 2000 00:01

Oktyabrın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri — general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Ross Uilsonu qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 14 Oktyabr 2000 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində oktyabrın 16-dan 20-dək Brüssel şəhərində (Belçika Krallığı) partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə işçi qrupunun görüşü keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 12 Oktyabr 2000 00:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynanın Müdafiə Naziri ordu generalı Aleksandr Kuzmukun dəvətilə oktyabrın 10-dan 11-dək Kiyev şəhərində rəsmi səfərdə olmuşdur.

Müdafiə Nazirliyinin məlumatı 10 Oktyabr 2000 00:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynanın Müdafiə naziri ordu generalı Aleksandr Kuzmukun dəvətilə oktyabrın 10-da Kiyev şəhərinə rəsmi səfərə yola düşmüşdür.

Müdafiə Nazirliyinin məlumatı 7 Oktyabr 2000 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində oktyabrın 8-dən 10-dək Bratislava şəhərində (Slovakiya) Mülki Müdafiə komitəsinin seminarı; oktyabrın 9-dan 14-dək İstanbul şəhərində (Türkiyə Respublikası) tərəfdaşlıq ruhunda "Peacefull Star-2000" sülhməramlı təlimləri; oktyabrın 9-dan 19-dək Aaxen (Almaniya Federativ Respublikası) şəhərində Silahlı Qüvvələrin maddi-texniki təminatı üzrə, oktyabrın 9-dan 20-dək isə Oberammergau (Almaniya Federativ Respublikası) şəhərində Avropada Adi Silahlı Qüvvələr haqqında müqaviləyə uyğun olaraq silahlar üzərində nəzarətin həyata keçirilməsini yoxlamaq məqsədilə inspeksiya aparılması üzrə kurslar keçirilir.