AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün oktyabrın 25-də Tacikistanın paytaxtı Düşənbə şəhərinə yola düşmüşdür.
İclasın gündəliyinə Mərkəzi Asiya regionunda hərbi-siyasi vəziyyət və Müdafiə Nazirləri Şurasının işçi orqanlarının fəaliyyətinin planlaşdırılması haqqında məsələlər daxildir.
İclas oktyabrın 26-da keçiriləcəkdir.