AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynanın Müdafiə naziri ordu generalı Aleksandr Kuzmukun dəvətilə oktyabrın 10-da Kiyev şəhərinə rəsmi səfərə yola düşmüşdür.
Səfərin proqramında Ukrayna Prezidenti Leonid Kuçma, Verxovnı Radanın sədri İvan Plyuş, Baş Nazir Viktor Yuşenko və Xarici İşlər naziri Anatoli Zlenko ilə görüşlər nəzərdə tutulmuşdur.
Səfər iki gün davam edəcəkdir.