Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 14 Sentyabr 1999 00:01

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin və Ermənistan Respublikasının prezidenti Robert Koçaryanın bu il iyulun 16-da Cenevrə şəhərində (İsveçrə) təkbətək görüşləri zamanı əldə etdikləri razılığa əsasən, sentyabrın 14-də Qazax rayonu ərazisindəki sərhəd məntəqəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev və Ermənistan Respublikasının Müdafiə naziri general-leytenant Vaqarşak Arutunyan görüş keçirəcəklər.

Müdafiə Nazirliyinin məlumatı 14 Sentyabr 1999 00:00

Azərbaycan Respublikası ilə NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 15-dən 25-dək ABŞ-ın Saffolk şəhərində NATO üzvü olan və tərəfdaş dövlətlərin iştirakı ilə “Kooperativ Naqet” sülhməramlı təlimləri keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatı 11 Sentyabr 1999 00:01

Almaniya Federativ Respublikası sentyabrın 13-dən 16-dək Rusiya Federasiyası Silahlı Qüvvələrində çoxmillətli inspeksiya keçirəcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 11 Sentyabr 1999 00:00

Azərbaycan Respublikası ilə NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 13-dən 17-dək İtaliyanın Latina şəhərində “rabitə vasitələri və informasiya orientasiyası” üzrə; Almaniya Federativ Respublikasının Oberomerqau şəhərində isə sentyabrın 13-dən 17-dək “ehtiyatları idarəetmənin inkişafı proqramı” üzrə; sentyabrın 13-dən 20-dək isə inspektorlar və müşayiətçilər üçün Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilə çərçivəsində kurslar keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 6 Sentyabr 1999 00:00

Azərbaycan Respublikası ilə NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 7-dən 11-dək Belçika Krallığının Brüssel şəhərində “əməliyyatların keçirilməsinə dair birgə Doktrina” üzrə Standartlaşdırma Agentliyinin ekspertlərinin 5-ci görüşü keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 4 Sentyabr 1999 00:00

Azərbaycan Respublikası ilə NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 5-dən 12-dək Danimarka Krallığının Aalborq şəhərində hərbi terminologiya üzrə kurslar; sentyabrın 6-dan 10-dək isə Rumıniyanın paytaxtı Buxarest şəhərində NATO-nun çoxmillətli sülhməramlı “Kooperativ Determineyşn-99” təlimlərinin planlaşdırılması və keçirilməsi üzrə Yekun konfrans keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 1 Sentyabr 1999 00:01

Avqustun 31-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili cənab Çen Dyançyou və Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Hərbi, Hərbi Dəniz və Hərbi Hava Qüvvələri attaşesi polkovnik-leytenant Yan Şyuqanı qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 1 Sentyabr 1999 00:00

Sentyabrın 1-də Azərbaycan Respublikası Silahlı Qüvvələri sülhməramlı tağımın Kosovoya yola salınma mərasimi keçirilmişdir.

Müdafiə Nazirliyinin məlumatı 31 Avqust 1999 00:00

Avqustun 31-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Beynəlxalq Əlaqələr Komitəsinin Asiya və Sakit Okean dövlətləri üzrə yarımkomitəsinin direktoru cənab Maykl Ennisin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 28 Avqust 1999 00:01

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan şəhərində rəsmi səfərdə olmuşdur.