Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Yanvar 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

Yanvarın 8-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində dekabr ayında qar uçqununa düşmüş hərbi qulluqçulardan daha 2 nəfərinin cəsədi tapılmışdır. Siyahını təqdim edirik.
1. Əsgər Quliyev Səbuhi Bəhlul oğlu - Neftçala rayonu Hərbi komissarlığından Silahlı Qüvvələr sıralarına çağırılmışdır.
2. Əsgər Quliyev Rüfət Ağaqulu oğlu - Lerik rayonu Hərbi komissarlığından Silahlı Qüvvələr sıralarına çağırılmışdır.
Axtarış-xilasetmə tədbirləri davam etdirilir.