Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Yanvar 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 31 -də Ermənistan-Azərbaycan cəbhəsinin Qazax rayonunun Balacəfərli yaşayış məntəqəsi sahəsində, qoşunların təmas xəttində monitorinq keçiriləcək.
Monitorinqdə Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra yardımçıları iştirak edəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra yardımçıları həyata keçirəcəklər.