Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Yanvar 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin dəvətilə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Bakıya rəsmi səfəri zamanı Rusiya Federasiyası Xəzər Donanmasının 5 gəmisi Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının komandanı donanma admiralı Vladimir Kuroyedovun rəhbərliyi altında yanvarın 10-da tədbirlərdə iştirak etmək üçün Bakı buxtasına daxil olmuşdur.
Rusiya Federasiyası Xəzər Donanması gəmilərinin Bakı buxtasına daxil olması, beynəlxalq normalara uyğun olaraq, Azərbaycan Respublikası və Rusiya Federasiyası hökumətləri arasında qabaqcadan əldə edilmiş razılıq nəticəsində mümkün olmuşdur.
Rusiya Federasiyası Xəzər Donanmasının gəmiləri yanvarın 11-də Azərbaycan Respublikasının ərazi sularını tərk etmişlər.