AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvətilə Rusiya Federasiyasının Müdafiə naziri marşal İqor Sergeyev dekabrın 25-i və 26-da Bakıda rəsmi səfərdə olmuşdur.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin 1999-cu ilin noyabr ayında Moskvaya rəsmi səfərinə cavab olaraq, Rusiya Federasiyasının Müdafiə naziri marşal İqor Sergeyev dekabrın 25-i və 26-da Bakıya rəsmi səfərə gələcəkdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 21-də MDB Müdafiə Nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak etmişdir.
Dekabrın 20-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti MDB Müdafiə nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Moskva şəhərinə yola düşmüşdür.
Dekabrın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin Ermənistan Respublikasının Müdafiə naziri Serj Sarkisyanla Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundakı Azərbaycan-Ermənistan dövlət sərhəddi ərazisində görüşü keçirilmişdir.
Dekabrın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin Ermənistan Respublikasının Müdafiə naziri Serj Sarkisyanla Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundakı Azərbaycan-Ermənistan dövlət sərhəddi ərazisində görüşü keçiriləcəkdir.
Dekabrın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Silahlı Qüvvələrinin Avropa komandanlığının Planlaşdırma və Hərbi Siyasət Departamentinin rəisi general-mayor Çarlz Simpsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dekabrın 13-də ABŞ-ın Silahlı Qüvvələrinin Avropa komandanlığının planlaşdırma və hərbi siyasət departamentinin rəisi briqada generalı Çarlz Simpsonun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya rəsmi səfərə gəlmişdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avro-Atlantik Tərəfdaşlıq Şurası Müdafiə Nazirlərinin dekabrın 5-i və 6-da Brüssel şəhərində (Belçika Krallığı) keçirilən növbəti sessiyasında iştirak etmişdir.
ATƏT-in icraçı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 10-da Ermənistan-Azərbaycan cəbhəsinin Sədərək yaşayış məntəqəsinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçiriləcək.