NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində noyabrın 18-dən 22-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) Silahlara nəzarətin yerinə yetirilməsi üzrə tanışlıq kursu, Bukeburq şəhərində (Almaniya Federativ Respublikası) NATO-nun Standartlaşdırma Agentliyinin işçi qrupunun 24-cü görüşü, Kriye şəhərində (Fransa Respublikası) Vyana Sənədi — 99 çərçivəsində inspektorlar üçün kurs, San Diyeqo şəhərində (Kaliforniya Ştatı, ABŞ) “Peaseshield-03” çoxmillətli sülhməramlı səhra təliminin ilkin planlaşdırma konfransı, noyabrın 18-dən 29-dək Ankara şəhərində (Türkiyə Respublikası) Silahlı münaqişələrdə hüquq mövzusunda kurs və Gölçük şəhərində (Türkiyə Respublikası) dənizdə minalar üzrə kurs keçirilir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.