Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Noyabr 2002 00:01

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 18-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı taqımının Əfqanıstana beynəlxalq sülhyaratma əməliyyatlarında iştirak etmək üçün yolasalma mərasimi keçirilmişdir.
Briqada komandiri polkovnik Mirzə Yusifov Əfqanıstana yola düşəcək sülhməramlı taqımın hazırlığı barədə Müdafiə naziri general-polkovnik Səfər Əbiyevə raport vermişdir.
Azərbaycan Respublikası Dövlət Himni ifa olunduqdan sonra Müdafiə naziri çıxış etmişdir.
Sonra sülhməramlı taqımın şəxsi heyətinə Azərbaycan Respublikasının Prendenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab Heydər Əliyevin və Müdafiə nazirinin adından qiymətli hədiyyələr təqdim edilmişdir. Hədiyyələri general-polkovnik S.Əbiyev təqdim etmişdir.  
Mərasim sülhməramlı taqımın təntənəli marşla keçidi ilə başa çatmışdır.
Yolasalma mərasimində iştirak edən kütləvi informasiya vasitələrinin  nümayəndələri üçün brifinq keçirilmişdir.