Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Noyabr 2002 00:01

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 14-də Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Rusiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tasin Cəmili və yeni təyin olunmuş hərbi attaşesi polkovnik İoan Viktor Dokuzu qəbul etmişdir.
Müdafiə naziri  qonaqları salamlayaraq qeyd etmişdir ki, dost ölkə olan Rumıniya ilə əlaqələrimizin səviyyəsi bizi çox məmnun edir.
 Səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edən səfir T.Cəmil bildirmişdir ki, o Azərbaycanda Rumıniya Silahlı Qüvvələrinin yeni təyin olunmuş hərbi attaşesini ona təqdim etmək üçün görüşə gəlmişdir.
Rumıniya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edən səfir vurğulamışdır ki, biz bu münasibətləri strateji müttəfiqliyə qədər davam etdirəcəyik. O, demişdir: “Bu günlərdə Rumıniyanı əlmətdar bir hadisə gözləyir. Rumıniya NATO-ya tam hüquqlu üzv kimi qəbul olunmaq ərəfəsindədir. Bu, Rumıniyanın iki min illik tarixində fövqəladə bir hadisədir”.  
Hərbi attaşe İ.V.Dokuz Rumıniyanın Müdafiə nazirinin salamlarını general-polkovnik S.Əbiyevə çatdırmışdır. O qeyd etmişdir ki. Rumıniya və Azərbaycanın siyasi münasibətləri əla vəziyyətdədir. Biz hərbi əməkdaşlığımızı da bu səviyyəyə qaldırmalıyıq. Rumıniyanın Müdafiə Nazirliyi təklif edir ki, Türkiyə, Çexiya, Polşa və digər dövlətlərin zabitlərinin təhsil aldığı Rumıniya Hərbi Akademiyasındakı Mərkəzdə Azərbaycan zabitləri də təhsil alsınlar.
General-polkovnik S.Əbiyev Azərbaycanda Rumıniya Silahlı Qüvvələri attaşeliyinin bu tezlikdə yaradılmasından razı qaldığını bildirmişdir. O, demişdir: “Bu, Azərbaycan   prezidenti Heydər Əliyevin və Rumıniya prezidenti İon İlieskunun, hər iki dövlətin milli mənafeinə xidmət edən münasibətlərinin nəticəsidir”.
O, Rumıniyanın NATO-ya üzv qəbul edilməsini alqışlamışdır. General-polkovnik S.Əbiyev demişdir: “Təkliflərinə görə Rumıniyanın  Müdafiə nazirinə təşəkkür edirəm. Biz də Rumıniya ilə hərbi əməkdaşlığı gücləndirməyə hazırıq”.
Görüşün sonunda Müdafiə naziri hərbi attaşeni yeni təyinatı münasibətilə bir daha təbrik etmiş və əmin etmişdir ki, səmərəli fəaliyyəti üçün ona hər bir şərait yaradılacaqdır.