AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Noyabrın 8-də “Gülüstan” sarayında NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində çoxmillətli, sülhməramlı komanda-qərargah “Kooperativ Determineyşn – 2001” təlimlərinin rəsmi açılış mərasimi olmuşdur.
Noyabrın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun Avropadakı Cənub-Şərq Birləşmiş Qərargahının Komandanı ordu generalı Oktar Atamanı qəbul etmişdir.
Noyabrın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun həmsədrləri Filipp de Süyermeni (Fransa), Nikolay Qribkovu (Rusiya Federasiyası) və Rudolf Perinanı (ABŞ) qəbul etmişdir.
Noyabrın 5-dən 16-dək Bakı şəhərində “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində NATO üzvü və tərəfdaş dövlətlərin iştirakı ilə “Kooperativ Determineyşn – 2001” çoxmillətli, sülhməramlı kompüter komanda qərargah təlimləri keçiriləcək.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində oktyabrın 22-də Brüssel şəhərində (Belçika Krallığı) minalar üzrə işçi qrupu ekspertlərinin görüşü, oktyabrın 22-dən 26-dək Oberammergau şəhərində (Almaniya Federativ Respublikası) fövqəladə hallarda mülki xidmətlərin işinin planlaşdırılması üzrə kurs, Vled şəhərində (Sloveniya) hərbi informasiya üzrə işçi görüşü, Verona şəhərində (İtaliya) hərbi əməkdaşlıq üzrə seminar, Ankara şəhərində (Türkiyə Respublikası) “Sülhün dəstəklənməsi üzrə əməliyyatlarda hərbi müşahidəçilər” kursu və oktyabrın 22-dən noyabrın 2-dək İstanbul şəhərində (Türkiyə Respublikası) “Sülhün dəstəklənməsi üzrə əməliyyatlarda Quru, Hava və Dəniz qoşunlarının qarşılıqlı əlaqəsi” üzrə kurs keçiriləcək.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində oktyabrın 20-dən 23-dək Türkiyə Respublikasında “Qara dəniz əməkdaşlığı” təlimi keçiriləcək.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev oktyabrın l-dən 3-dək Türkiyə Respublikasında rəsmi səfərdə olmuşdur.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının Müdafiə naziri Səbahəddin Çaxmakoğlunun dəvətilə oktyabrın 1-də Türkiyə Respublikasına rəsmi səfərə yola düşmüşdür.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 28-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Tərtər rayonu sahəsindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Sentyabrın 25-də Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Avropada Təhlükəsizlik və müdafiə problemlərinin öyrənilməsi üzrə Corc Marşal adına Mərkəzin məzunlarının Xəzər Assosiasiyasının növbəti iclası keçirilmişdir.